“Bir muzeyin sirri” layihəsi Faiq Ağayevin TƏQDİMATINDA

12:41 06-06-2024 | icon 373 | Mədəniyyət
“Bir muzeyin sirri” layihəsi Faiq Ağayevin TƏQDİMATINDA

Milli Azərbaycan Tarixi Muzeyi 1920-ci ilin iyulundan tanınmış neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi məşhur sarayda yerləşdirilmiş və ilk ziyarətçilərini 1921-ci ilin mayında qəbul etmişdir.

 

Versus.Az xəbər verir ki, muzeydə həyata keçirilən tədbirlər, qurulan sərgilər, ekspozisiyalar Azərbaycanda tarix elmini inkişaf etdirməklə yanaşı, özünün başlıca vəzifəsini yerinə yetirir: muzeyin simasını-onun ekspozisiyasını formalaşdırır.

 

Müxtəlif ekspedisiyaların nəticələri, gərgin axtarışlardan sonra əldə edilən qiymətli arxeoloji, etnoqrafik, numizmatik, sənədli və əşyayi materiallar ekspozisiyada nümayiş etdirilir və xalqımızın özünəməxsus çoxəsrlik mədəniyyətinə və tarixinə şəhadətlik edir.

 

Muzeyin ekspozisiyası Azərbaycan tarixinin nə qədər qədim və zəngin olduğunu göstərir. Muzeyin binası və daxili tərtibatı isə Azərbaycanın milli sərvəti sayılır.


“Bir muzeyin sirri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti Faiq Ağayevin təqdimatında Milli Azərbaycan Tarixi Muzeyinin ecazkar, möhtəşəm “Şərq” zalı təqdim olunur. Tanınmış müğənni Faiq Ağayev görkəmli bəstəkar Fikrət Əmirovun dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” dram əsərinə yazdığı "Kor Ərəbin Mahnısı" vaxtilə muzeyin “Şərq” zalında çəlkdirdiyi klip haqqında xatirələrini bölüşərək, muzeyin unikallığı barədə ictimaiyyətə məlumat verir.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda