Azərbaycanda yas yasa qarışdı

07:17 13-06-2024 | icon 345 | Hadisə
Azərbaycanda yas yasa qarışdı

 

Lənkəranda yas mərasimindən qayıdan nənə və azyaşlı nəvələrini maşın vurub.

 

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.

 

S.Quliyev adlı şəxsin idarə etdiyi VAZ-2105 markalı minik avtomobili 2021-ci il təvəllüdlü Duyğu Məmmədlini, 2019-cu il təvəllüdlü U.Məmmədlini və nənələri 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı vurub.

 

Hər üç yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Üç yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, üç yaşlı Duyğu Məmmədlinin həyatını xilas etmək mümkün olmayıb. Nənə və beş yaşlı nəvənin müalicəsi davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda