“Azərbaycan xalqı çox müdrik bir qərar verdi, ulu öndər Heydər Əliyevə müraciət etdi. O da həmişə olduğu kimi, bu dəfə də xalqının çağırışına çox həssas yanaşdı və xalqının yanında oldu. Ulu öndər hakimiyyətə gəldikdən qısa zaman sonra atrıq ölkədə ictimai-siyasi sabitlik höküm sürürməyə başladı. Bütün qanunsuz silahlı qruplaşmalar ləğv edildi, hakimiyyət uğrunda qeyri sivil mübarizəyə son qoyuldu və artıq ölkə inkişaf yoluna qədəm qoydu”.

 

Bunu Versus.az-a deputat Elşad Mirbəşir 15 iyun Milli Qurtuluş günü ilə bağlı şərhində bildirib.

 

E.Mirbəşir tarixin mühüm səhivələrinə diqqət çəkib. Qeyd edib ki, SSRİ-nin süqutundan sonra digər sovet ölkələri kimi, Azərbaycan da öz müstəqilliyinə qovuşdu. Amma digər ölkələrdən fərqli olaraq Azərbaycanın müstəqiliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi imkanları olduqca məhdud idi. Və onsuz da məhdud olan imkanlar getdikcə daha da daralırdı:

 

"Səbəb ondan ibarət idi ki, hakimiyyət olduqca səriştəsis insanların əlində idi, Azərbaycanda hakimiyyət uğrunda qeyri sivil mübarizə gedirdi, müxtəlif silahlı qruplaşmalar mövcud idi. Demək olar ki, həyat fəaliyyətinin bütün sahələrində dərin xaos höküm sürürdü. Digər tərəfdən də Ermənistan ölkəmizə qarşı sistemli şəkildə işğalçılıq siyasətini həyata keçirirdi, xalqımıza qarşı əsl soyqırımlar törədirdi. Belə şərtlər daxilində sözsüz ki, nəinki müstəqilliyin möhkəmləndirilməsindən, heç onun qorunub saxlanılması haqqında da danışmaq üçün əsas olmurdu. Artıq ulu öndərin ölkəyə qayıdışından sonra yeni bir inkişaf mərhələsinə başlanıldı".

 

Deputat qeyd edib ki, Ulu öndər iyun ayının 15-də parlamentin sədri seçildikədn sonra etdiyi çıxışı zamanı Azərbaycan dövlətinin inkişaf staregiyasını təqdim etdi. Həmin dövrdə Azərbaycanın ən böyük problemi Ermənistanın Azərbaycanda törətdiyi işğalçılıq siyasətinin aradan qaldırılması idi. Heydər Əliyevə qədərki hakimiyyətin yarıtmazlığı heç bir istiqamətdə resurs potensialının formalaşmasına imkan verməmişdi. Bu eyni zamanada ordu sahəsinə də aid idi. Ona görə də Ermənistanın təcavüzlərinin qarşısını alınması həmin dövrdə atəşkəs rejiminin əldə olunmasından ibarət idi:

 

“Heydər Əliyevin iradəsi sayəsində atəşkəs haqqında Bişkek protokolu imzalandı. Bu Azərbaycan üçün ordu quruculuğu üçün bir nəfəslik rolunu oynadı. Heyədr Əliyev ölkədə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra milli-iqtisadi sistemin quruculuğu istiqamətində çox təsirli addımlar atmağa başladı. Təbii ki, bunun üçün də bizim resurslarımız mövcud deyildi. Yenə də Heydər Əliyevin uzaqgörən siaysəti, straeji baxışları sayəsində 1994-cü il sentyabrın 20-də əsrin müqaviləsi bağlandı. Məhz bu dövrdən başlayaraq Milli iqtisadi sistemin qurulması istiqamətində də ilkin addımların atılması imkanları meydana gəldi. Ölkəyə sərmayələrin yatırılması imkanları formalaşdı. Bu platformalar əsasında ordu quruciluu imkalanları yaranmlş oldu, ordu quruculuğunda çox təsirli addımlar atıldı və Azərbaycan Beynəlxalq münasinətlər sistemində öz fəaliyyətini qurmağa başladı. Ümummilli lider ilk səfərini Fransaya etdi. Bu da çox vacib məqsədə xidmət edirdi. Həmin dövrdə təcavüzkar Ermənistana ən yaxından dəstəyi Fransa nümayiş etdirirdi. Heydər Əliyev Fransanı Ermənistana olan dəstəkdən məhrum etmək istəyirdi. Fransaya etdiyi səfərlə buna nail oldu. Fransa Azər baycanın ərazi bütövlüyünə hörmət etdiyini bildirdi. Heydər Əlievin bu səfərindən sonra Fransa şirkətləri Azərbaycana maraq göstərməyə, sərmayələr yatırmağa başladılar. Bu həmin dövrdə çox vacib bir addım idi. Eləcə də beynəlxalq təşkilatlar, ikitərəfli, çoxtərəfli münasibətlər sistemi çərçivəsində Azərbaycan çox təsirli addımlar atmağa başladı. Heydər Əliyev müxtəlif ölkələrə səfərlər edərək Azərbaycanın dostlarının sayını artırmağa nail oldu”.

 

E.Mirbəşir qeyd edib ki, o vaxtlar Azərbaycanın böyük bəlalarından biri dövlət idarəedicilik sisteminin mövcud olmaması idi. Onun sözlərinə görə, məhz Heydər Əliyev sayəsində həm də ən vaxcib məsələlərədn bir olan dövlət idarəetməsi sistemi quruldu:

 

“Keyfiyyətli dövlət idarəçiliyi sistemi müxtəlidf istiqamətlərdə səmərəli addımların atılmasını şərtləndirdi. Kənd təsərrüfatı potensialının müəyyənləşdirilməsi və ondan düzgün istifadə Heydər Əliyevin ən yaxından diqqət yetirdiyi sahələrdən biri idi. 1995-96-cı illərdə düz 5 dəfə kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirə keçirildi. Eləcə də iqtisadiyyatın digər istiqamətlərinin inkişaf etdirilməsi ilə bağlı çox təsirli addımlar atıldı. Heydər Əliyev ölkədə sosial siyasətin əsasını qoydu. Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması istiqamətində layihələrin proqramların həyata keçirilməsini xüsusi diqqət mərkəzində saxladı.

Heydər Əliyev dünyada demokratiya örnəyi formalaşdırdı. 1995-ci ildə geniş ictimai müzakirələr keçməklə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Təsədufi deyil konstitusiyada bütün ictimai maraqlar nəzərə alınıb. Bu da əsl demokratiya örnəyidir. Bunun əsasını da Heydər Əliyev qoymuşdu. Heydər Əliyev əminliklə deyirdi ki, işğal altında olan torpaqlarımıza mütləq qayıdacağıq. O deyirdi ki, Şişasız, Kəlbəcərlisiz, Qubadlısız, Zəngilansız, mövcud ola bilmərik. Biz mütləq o torpaqlaır qayıdacağıq. Bu o deməkdir ki, Heydər Əliyev Azərbaycan dövlətini, xalqını təkcə mövcud olmaq üçün deyil, həm də çox böyük zəfərlər çatmaq, inkişaf hədəflərini fərh etmək üçün xilas etdi.

 

E.Mirbəşir ulu öndərin irsini böyük məharətlə, yeni milli hədəflərə, yeni çağırışlarıa uyğunlaşdıraraq davam etdirən Azərbaycan Prezidenti, cənab İlham Əliyevin tarixi addımlarına diqqət çəkib. O, 2020-ci ildə milli tariximizin ən şanlı səhifəsinin yazıldığını önə çəkib:

 

“Prezident İlham Əliyev Xalqımıza tarixinin ən böyük zəfərini yaşatdı. 44 günlük vətən müharibəsində Azərbaycan dövləti, ordusu çox böyük şücaət nümayiş etdirdi. Azərbaycan Prezidentinin iradəsi, staretji baxışlar torpaqların azad olunmasına, 2023-cü ildə isə bütün ərazilərimizin suverenliyinin etibarlı və dönməz şəkildə təmin olunmasınlı şərtləndirdi. Bu gün Azərbaycan xalqı, dövləti ölkə Prezidentinin müdrik siyasəti, diplomatik bacarığı sayəsində öz inkişafının yeni tarixi mərhələsinə qədəm qoydu. Bu bir daha nümayiş etdirir ki, neçə ki, ulu öndər Heydər Əliyevin ideyaları, baxışları, onun müəyyənləşdirdiyi strategiya mövcuddur, Azərbaycan xalqı, dövləti də mövcud olacaq və inkişaf edəcəkdir”. (hafta.az)

 

TAHİRƏ
Versus.az