"Hədəfimiz parlament partiyası olmaqdır"

11:55 28-06-2024 | icon 63 | Siyasət
"Hədəfimiz parlament partiyası olmaqdır"

Hafiz Hacıyev: "İmkanlarımızdan maksimum dərəcədə istifadə etməliyik”

 

Parlamentin buraxılması ilə bağlı deputatların ölkə başçısına müraciətindən sonra bir çox siyasi partiyalar baş tutacaq növbədənkənar seçkilərə hazırlaşmağa başlayıb. Artıq bir sıra siyasi partiyalarda seçkilərlə bağlı tədbirlər keçirilib. 

 

Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev açıqlamasında bildirib ki, hazırda onun və partiyasının parlament seçkilərində qələbə qazanmaq üçün yetərincə resursu var: 

 

“Bu məsələ sabah partiyanın idarə heyətinin geniş iclasında müzakirə olunacaq. Mənim üçün hansı dairənin olmasının fərqi yoxdur. Dörd dəfə prezidentliyə namizəd olmuşam. Seçkilərdə artıq yetərincə təcrübə toplamış güclü komandamız var. Bu komanda tam hazır vəziyyətdədir. Onsuz da Azərbaycan cəmiyyəti məni tanıyır. Millətimin mənə kifayət qədər hörməti var. Biz müxalif partiya da olsaq, üzvlərimizin bir çoxu dövlət qulluğundadır. İqtidar-müxalifət prizmasından fərqlər olsa da, dövlətçilik baxımından heç bir fərq görmürəm. Düşünürəm ki, namizədlərimiz kifayət qədər çox olacaq. Bu dəfə partiyamız parlament partiyasına çevriləcək. Qələbə qazanmaq üçün kifayət qədər imkanlarımız var və bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik”. 

 

Hafiz Hacıyev gözlənilən parlament seçkilərində maksimum nəticə gözlədiklərini qeyd edib: 

 

“İstər partiyamızın özündə, istərsə də rayon təşkilatlarında kifayət qədər layiqli və ləyaqətli insanlar var. Partiya daxilində hazırda müxtəlif vəzifələrdə işləyən üzvlərimiz var. Onların hər biri parlament seçkilərində iştirak etməyə tam layiqdir. Bu məsələlər hamısı müzakirə olunacaq. Çalışacağıq ki, partiyamız seçkilərdə yetərincə təmsil olunsun. Düşünürəm ki, parlamentdə bir neçə deputatla təmsil olunacağıq”.  /yenisabah.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda