“Azərbaycan Qırğızıstanla da əlaqələrin inkişafına önəm verir"

12:56 28-06-2024 | icon 65 | Siyasət
“Azərbaycan Qırğızıstanla da əlaqələrin inkişafına önəm verir"

Mahir Abbaszadə: “Dəyişikliyə əsasən, Nizamnamə kapitalı 4 dəfə - 25 milyondan 100 milyon dollaradək artırılır”

 

“Azərbaycan bütün türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da əlaqələrin inkişafına önəm verir, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün tədbirlər görülür”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Mahur Abbaszadə “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verərkən bildirib.

 

Deputat xatırladıb ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Saziş Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il oktyabrın 11-də Qırğızıstana dövlət səfəri zamanı imzalanıb. Bu fond Qırğızıstan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın təşviqi, sənayenin müasirləşdirilməsi və inkişafı, ikitərəfli iqtisadi əməkdaşlığın səmərəliliyi və genişləndirilməsi məqsədi ilə yaradılıb:

 

“Azərbaycan-Qırğız İnkişaf Fondu bu istiqamətdə səmərəli platformadır. İqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və potensialın reallaşdırılmasına yardım məqsədilə yaradılan Fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xidmət edir”.

 

M.Abbaszadə bildirib ki, müzakirəyə çıxarılan əlavə Saziş 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmışdır və nizamnamə kapitalını artırmaq məqsədinə xidmət edir:

 

“Dəyişikliyə əsasən, Nizamnamə kapitalı 4 dəfə - 25 milyondan 100 milyon dollaradək artırılır. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarovla mətbuat bəyanatında kapitalın artmasının əsas səbəbi kimi müraciətlərin həddən artıq olmasını vurğulayıb. Təbii ki, bu, hər iki ölkə üçün sevindirici haldır və pozitiv iqtisadi inkişafdır”.

 

Qeyd edək ki, deputatlar qanunu qəbul edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda