Paşinyana sərt XƏBƏRDARLIQ

09:34 03-07-2024 | icon 301 | Dünya
Paşinyana sərt XƏBƏRDARLIQ

“Ən pis ssenariyə hazır olmalıdır”

 

Ermənistanın daxilində ölkənin xarici siyasət kursu ilə bağlı qızğın müzakirələr davam edir. Son günlər baş nazir Nikol Paşinyanın Rusiyadan uzaqlaşaraq, Qərbə üz tutması ciddi tənqidə məruz qalır. Bildirilir ki, bu, yanlış və riskli siyasətdir.

 

Versus.A xəbər verir ki, bu fikirdə onlardan biri də erməni politoloq Vahe Ovannisyandır.

 

O deyib ki, Ermənistan hökuməti hazırkı xarici siyasətini davam etdirsə, ən pis ssenarilər gerçəkləşəcək:

 

“Moskva ilə dərin iqtisadi əlaqələri və Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü sayəsində iqtisadi yüksəlişini nəzərə alaraq, hakimiyyət gec-tez xarici siyasətinə Rusiyayönlü çalarlar daxil etməyə başlayacaq. Rusiyanın Ermənistanın ən nüfuzlu müttəfiqi olduğu bir şəraitdə ölkənin yüksək vəzifəli şəxsləri Avropanı gəzə, sonra yenidən Rusiyaya “qayıda” bilərlər. Ermənistan Avropa İttifaqına dəvət olunmayıb və orada xoş qarşılanmır. Üstəlik, baş nazir Aİ-yə üzvlüklə bağlı referendum keçirməyin yersiz olduğunu bəyan edəndə, bunu başa düşür. Əgər hakimiyyət Avropaya getmək istəmirsə və referendum keçirilmirsə, onda niyə Təhlükəsizlik Şurasının katibi və ya digər rəsmilər Rusiya ilə münasibətləri gərginləşdirirlər. Bu, Ermənistanı çox təhlükəli bir ölkəyə çevirə bilər. Xalqa rəhm edin!”.

 

Politoloqun sözlərinə görə, 2020-ci ildən sonra Qərb Ermənistana ciddi mesajlar verdi ki, KTMT-dən çıxmaq mövzusunu bağlasın:

 

“Çünki heç kim nə təhlükəsizlik zəmanəti verir, nə də bizi NATO-ya dəvət edir. Ermənistan hakimiyyəti isə bu mesajlardan nəticə çıxarmaq əvəzinə KTMT ilə münaqişəyə girərək münasibətləri dondurub. Ölkəmizin nə rəsmi, nə xarici siyasəti, nə strateji maraqları, nə də orta müddətli planlaşdırması var. Ermənistan indi həm müttəfiqlər, həm də opponentlər üçün gözlənilməz tərəfdaşdır. Və hökumət bu yolla getməyə davam edərsə, ən pis ssenariyə hazır olmalıdır. Ermənistan-İran sərhədi kəsilsə, biz yaşaması mümkün olmayan dövlətə çevriləcəyik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda