Onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq

12:34 11-03-2019 | icon 463 | Təhsil
Onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanlarının I mərhələsi (buraxılış imtahanları) üzrə onlayn sınaq imtahanları keçirəcək.

 

DİM-dən Versus.Az-a verilən məlumata görə, onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçirilir. Abituriyentlər hazırda qəbul imtahanlarının ikinci mərhələsi üzrə sınağa yazılıb günün istənilən vaxtında imtahanı verə bilərlər.

 

Qəbul imtahanlarının I mərhələsi (buraxılış imtahanları) üzrə isə yeni test tapşırıqlarının istifadə olunacağı sınaq imtahanlarına qeydiyyat aparılır. İmtahanlar martın 16, 17 və 18-də gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahan tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.İmtahanda iştirak haqqı 3 manatdır.

 

Qəbul imtahanının birinci mərhələsində (buraxılış imtahanında) abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Abituriyentlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. Xatırladaq ki, sınaq imtahanında abituriyentlərin imtahan verəcəyi səhifədə audiofayl yerləşdiriləcək və onlar dinləyib-anlama bacarıqlarını da yoxlaya biləcəklər.

 

Abituriyentlər onlayn imtahanı başa çatdıran kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olacaqlar. İştirakçılar bu imtahanlarda qapalı tipli tapşırıqlar üzrə topladıqları bal ilə imtahanı bitirdikdən dərhal sonra tanış ola bilərlər. Qeyd edək ki, yazılı şəkildə cavab vermək tələb olunan açıq tipli tapşırıqların (tədris dili fənni üzrə 10 tapşırıq, riyaziyyat fənni üzrə 7 tapşırıq, xarici dil fənni üzrə 7 tapşırıq) cavabları abituriyentlər tərəfindən müvafiq sahələrə daxil edilməlidir. İmtahanı başa çatdırdıqdan sonra qiymtələndirmə meyarları tapşırıqların altında veriləcək. Açıq tipli tapşırıqlar əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında qiymətləndirilir. Meyarlarda tapşırığın mümkün doğru cavabları və abituriyentlərin verdiyi cavabların hansı balla qiymətləndirilə biləcəyi əksini tapır. İmtahan verənlər öz cavabları ilə meyarları müqayisə edib qiymətləndirmə aparacaqlar. Yalnız bundan sonra açıq tipli tapşırıqlardan toplanılan bal ümumi bala əlavə edilir. Bu imkan, eyni zamanda abituriyentlərin, eləcə də müəllimlərin meyarlar əsasında tapşırıqları qiymətləndirmə vərdişlərinin formalaşmasına kömək edəcək. Qiymətləndirilmə aparıldıqdan sonra abituriyentlər həm qapalı, həm də açıq tipli tapşırıqlar üzrə topladıqları yekun bal ilə tanış ola biləcəklər.

 

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR