Türk dünyasının və beynəlxalq aləmdə nüfuzunu gücləndirəcək BƏYANNAMƏ

08:42 08-07-2024 | icon 142 | Siyasət
Türk dünyasının və beynəlxalq aləmdə nüfuzunu gücləndirəcək BƏYANNAMƏ

Kamilə Əliyeva: "Tarix boyu Türk dünyası dünya sivilizasiyasına böyük töhfələr verib"

 

"Bu gün Türk Dövlətləri Təşkilatı getdikcə daha güclü bir quruma çevrilməkdədir. Türk dünyasının birləşməsi, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir".

 

Bunu Versus.Az-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib.

 

Deputat qeyd edib ki, Prezident İlham Əliyev TDT-nın yaradılmasında, Türk dünyasının birləşməsində böyük xidmətlər göstərir:

 

"Türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün təşkilatın ildə bir dəfə Zirvə görüşünün keçirilməsi təşəbbüsü də Prezident cənab İlham Əliyev tərəfindən irəli sürülmüşdür.
Cari ilin 6 iyul tarixində mədəniyyət paytaxtımız Şuşada TDT-nin qeyri-rəsmi Zirvə görüşü keçirildi. Zirvə görüşündə çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanın hər zaman Türk dünyasının sıx birləşməsinə, onun siyasi, iqtisadi və hərbi güdrətinin artmasına, beynəlxalq aləmdə güc mərkəzinə çevrilməsinə çalışdığını vurğuladı".

 

Müasir dünyada gərgin geosiyasi vəziyyətin dövlətlərin milli təhlükəsizliyini təmin etmək, güclü dövlət, güclü ordu prinsiplərini zəruri etdiyini vurğulayan K.Əliyeva bildirib ki, bu gün Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən dünyada güclü bir dövlətə çevrilmişdir:

 

"Ortaq dilə, mədəniyyətə, eyni kökə malik Türk dövlətlərinin birliyi, sıx əməkdaşlığı ölkələrimizin iqtisadi, siyasi, hərbi güdrətinin daha da gücləndirilməsinə xidmət edir. Türk Dövlətləri Təşkilatı artıq dünyada nüfuzlu bir təşkilata çevrilmiş, əminəm ki, qısa bir zamanda beynəlxalq aləmdə güc mərkəzinə də çevriləcək. Prezident cənab İlham Əliyevin vurğuladı kimi XXI əsr Türk dünyasının inkişaf əsri olmalıdır. Türk dünyası böyük coğrafi məkanı əhatə edir. Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara Dəniz Limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin təbii sərvətləri, qədim tarixi, mədəniyyəti Türk dünyasının ən böyük sərvətidir. Tarix boyu Türk dünyası dünya sivilizasiyasına böyük töhfələr verib. Türk Dövlətləri böyük savaşlarda qalib gələrək öz torpaqlarını düşmənlərdən xilas edib. Azərbaycan da 2020-ci ildə Türk dünyasının böyük oğlu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə torpaqlarını işğaldan azad etdi. Prezident cənab İlham Əliyev azərbaycanlılarla yanaşı böyük Türk dünyasının əzəmətini dünyaya çatdırdı. Şanlı qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulması və dünyanın ən gözəl məkanına çevrilməsi dünyaya azərbaycanlıların həm də tarix boyu qurub yaradan bir xalq olduğunu sübut etdi. Bu işdə Türk dünyası azərbaycanlıların yanında olduğunu sübut etdi. Prezident İlham Əliyev TDT-na 2 milyon ABŞ dolları məbləğində vəsait köçürməsi təşkilatın nəzərdə tutulan hədəflərinə çatmasına böyük dəstəkdir".


Deputat qeyd edib ki, Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi Türk dünyasının həmrəyliyini və beynəlxalq aləmdə nüfuzunu gücləndirəcək və dünyada vahid güc kimi çıxış etməyə imkan yaradacaq.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda