Paşinyanın "göydən yerə enmək" vaxtı çatıb 

13:55 11-03-2019 | icon 545 | Qarabağ
Paşinyanın "göydən yerə enmək" vaxtı çatıb 

 

ATƏT-in Minsk qrupunun həmsdərləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair Əliyev-Paşinyan formatında rəsmi görüşün hazırlanması ilə açıqlama verdilər. Görüşün yeri və vaxtı barədə əlavə məlumat veriləcək. Yüksək səviyyədə danışıqların keçirilməsi faktının özünü yalnız alqışlamaq olar. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamaları onların məhsuldarlığını şübhə altına alır.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib.

Millət vəkili qeyd edir ki, Ermənistanın baş nazirinin danışıqların formatını dəyişmək cəhdi sülh prosesini rədd edir: "Paşinyan artıq uzun müdddətdir inadla deyir ki, Dağlıq Qarabağın nümayəndələrinin iştirakı olmadan danışıqlarda nəticə əldə etmək mümkün deyil. Guya çünki Dağlıq Qarabağ erməniləri ona səs verməyiblər və onların adından danışmaq hüququ yoxdur.


Bakıdan dəfələrlə bütün səviyyələrdə bəyan edilib ki, danışıqlar masasında marionet separatçı rejimin nümayəndələrinin oturmasını qəbul etməyəcəklər.

Moskva XİN-nin dili ilə diplomatik şəkildə bəyan edib ki, buna etiraz etmirlər, lakin bunun üçün mütləq Azərbaycanın razılığı olmalıdır, o da ki məlum olduğu kimi yoxdur və olmayacaq da. Brüsseldə Avropa İttifaqı Şurasının sədri Donald Tuskun, AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin və Avrokomissar Yohannes Hanın səviyyəsində dedilər ki, Paşinyanın təklif etdiyi danışıqların formatının dəyişdirilməsi məsələsi münaqişənin sülh ilə tənzimlənməsi prosesini rədd edir və dəstək almayacaq.

Lakin qorxuram ki, Paşinyan çətin xarıcı qiymətləndirmələri və məsləhətləri qəbul etsin. Xasiyyətcə isterik və üstəlik, nasizmə meylli subyekt olan Paşinyan öz ağlı ilə gəldiyi nəticələri dəyişməz həqiqi və inandırıcı hesab edir, digər bütün qeyd və iradların hamısını süpürüb atır.
Serj Sarkisyan rejimini asanlıqla devirməsi və özünə hakimiyyətin zirvəsində yer edə bilməsi, görünür, Ermənistanın hazırkı Baş nazirinə öz bacarıqlarını şişirtmək düşüncəsi və siyasətdə mümkün şeylərin sərhədləri barədə yanlış mühakimələr yürütməyi təlqin edib. 
Ona görə də Paşinyan növbəti görüşdə də öz Qarabağ marionetlərinin təmsil olunması məsələsini müzakirəyə soxuşdurmağa cəhd edəcəyinə hazır olmaq lazımdır".

 

R.Musabəyov hesab edir ki, Ermənistanın Baş nazirinə bəzi şeyləri başa salmaq gərəkdir: "Ona, ilk növbədə, sürüşkən "atəşkəs rejimi"ni müharibənin bitməsinə çevrilməsinin və qarşılıqlı təhlükəsizlik şəraitində möhkəm sülhə nail olmağın vacibliyi başa salınmalıdır.

 

Bu, 10 minlik Ermənistan ekspedisiya korpusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir. Axı məhz buna görə Bakı İrəvanla danışıqlar aparır.
Paşinyanın Dağlıq Qarabağın səsinin eşidilməsinin vacibliyi barədə demoqoqcasına cəfəng şeylər söyləməsinə gəlincə, ona xatırlatmaq lazımdır ki, orada əhali təkcə ermənilərdən deyil, həm də öz evlərindən qovulmuş və öz torpağında sülh və təhlükəsizlik şəraitində yaşamaq imkanından məhrum edilmiş 50 min azərbaycanlıdan da ibarətdir.
Gələcəkdə ərazinin statusunu dialoq əsasında hər iki Qarabağ icması təyin etməlidir. Bu, danışıqlar formatında da belə nəzərdə tutulur".

 

Versus.Az

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı