“Qərbin bu addımı müharibə ocaqlarının alovlanmasına xidmət edir”

17:12 26-07-2024 | icon 633 | Siyasət
“Qərbin bu addımı müharibə ocaqlarının alovlanmasına xidmət edir”

Arzu Nağıyev: “Azərbaycan təhdidlərin qarşısını almaq üçün adekvat addımlar atır”

 

“Avropa Sülh Fondu”ndan ayrılmış 10 milyon avro Ermənistanın silahlı qüvvələrində modernləşmə prosesinin - yeni silahların alınması, yeni alayların qurulması və sair istiqamətdə xərclənəcək vəsaitdir. Avropa İttifaqı “Avropa Sülh fondu” adı ilə Ermənistanı maliyyələşdirsə də, məlumdur ki, bu vəsait sülhün bərqərar olunması üçün istifadə edilmir”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Arzu Nağıyev Avropa İttifaqının, ABŞ-ın, Fransanın durmadan Ermənistanı silahlandırması, maliyyə yardımı verməsi və bunun regiona edəcəyi təsirlərlə bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, bu, Ermənistandan istifadə edilərək regiona nəzarəti ələ almaq, Cənubi Qafqazda nüfuz sahibi olmağa hesablanır. Bütün hallarda Ermənistanın maliyyələşdirilməsi, silahlandırılması Azərbaycana qarşıdır.

 

A.Nağıyev eyni zamanda bunun Rusiyanın Cənubi Qafqazda nüfuzunun aşağı salınması ilə bağlı olduğunu qeyd edib:

 

“Ermənistan Kollektiv Təşkilat Müqaviləsi Təşkiatında təmsil olunmaqdan imtina edir, eyni zamanda Fransa ilə hərbi müqavilələr bağlayır. İran sərhədləri yaxınlığında NATO-nun hərbi qüvvələri artır. Rusiya bəyanatlarında bunu özünə və Cənubi Qafqaza qarşı atılan addımlar kimi dəyərləndirir. Amma İran özü susur. Bunun özü də gərginliyi ifadə edən elementlərdir”.

 

A.Nağıyev bildirib ki, Qərbin, Avropann Ermənistanı silahlandırması Azərbaycanda diqqətlə izlənir və təhdidlərin qarşısını almaq üçün adekvat addımlar atır:

 

“Ermənistanın müstəqil siyasəti olmadığı üçün Qərbin atdığı bu addımların nə ilə nəticələnəcəyini dərk etmir. Həmin “Avropanın Sülh Fondu” öz pullarını Ukrayna və digər müharibə ocaqlarında istifadə edib. Bu gün də hərbi plastarm kimi Ermənistanı seçməklə regionda sülhün pozulmasına, gərginliyə və regiona nəzarət rıçaqlarını ələ keçirməyə çalışırlar. Avropa Ermənistanın maliyyələşdirilməsinə “sülh naminə” deyib müxtəlif adlar verə bilər. Lakin Ermənistanda silahın artırılması hələ də qalan münaqişə ocağının alovalanmasına və sülhə maneə kimi nəzərə alınmaılıdır. Bir sözlə, Qərbn bu addımı sülhə deyil, müharibə ocaqlarının alovlanmasına xidmət edən amildir”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda