“Bu, üçtərəfli görüşün anlamını bir daha dünyaya bəyan etdi”

17:14 12-07-2024 | icon 416 | Siyasət
“Bu, üçtərəfli görüşün anlamını bir daha dünyaya bəyan etdi”

Sahib Alıyev: Azərbaycan öz mövqeyində səmimi və qətiyyətlidir

 

“Prezident İlham Əliyevin təyyarəsi Pakistanın hava sərhəddini keçib yerə enənə qədər qardaş ölkənin qırıcılarının dövrəsində təzim uçuşu ilə müşayət edildi. Baş nazir Məhəmməd Şahbaz Şərifin Azərbaycan Prezidentini qarşılamaq üçün Hərbi Hava Qüvvələrinin Nur Xan bazasına şəxsən təşrif gətirməsi Azərbaycan xalqına və liderinə göstərilən böyük  sayqının tərənnümü idi. Əlbəttə, Pakistanda Azərbaycana qarşı dogma münasibətin olduğu hər kəsə yaxşı məlumudr və bu təntənəli qarşılanma bunu bir daha dünyaya sərgiləmiş oldu”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Sahib Alıyev Azərbaycan dövlət başçısının Pakistana səfəri müstəvisində ortaya çıxan mühüm nüanslar və iki ölkə arasında münasibətlərin inkişaf tempinə diqqət çəkərkən bildirib.

 

S.Alıyev Pakistanın Qarabağ məsələsndə Azərbaycanı beynəlxalq platformalarda dəstəkləməsi faktına diqqət çəkib. Bildirib ki, Minsk Qrupunun üç həmsədri, eləcə də bir sıra böyük dövlətlərin açıq şəkildə qarşı çıxmalarına rəğmən təkbaşına BMT-nin 4 qətnaməsini reallaşdırmağı bacarmaqla presedent yaradan Pakistan işğalçı Ermənistan üzərində zəfər çalmış xalqın Müzəffər Ali Baş Komandanını elə bu cür də qarşılamalıyıdı:

 

“Həm də ona görə ki, bir neçə gün öncə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşünün anlamını dünyaya bir daha bəyan etsin. Bizim işğalçı üzərində zəfərimizi hələ də həzm etmək istəməyənlərlə yanaşı, ona özününkü kimi yanaşanlar da var. Azərbaycanın zəfərinə özünükü kimi yanaşanların fərqi gücünün sarsılmazlığındadır! Hesab edirəm ki, iki dövlət arasında bütün sahələri əhatə edən 15 anlaşma, Azərbaycanın Pakistan iqtisadiyyatına ilkin mərhələdə 2 milyard dollar yatırım qoymaq planı, mütəxəssislərimizin İslamabadın modrenləşməsinə verəcəkləri töhfə aradakı bağları daha da möhkəmlədəcək”.

 

S.Alıyevin qənaətinə görə, Pakistanda ən böyük önəm verilən məsələlərdən birincisi Azərbaycan Prezidentinin Cəmmu və Kəşmir probleminə yanaşmada tutduğu mövqedir:

 

“BMT-nin sözü gedən regionlarla bağlı hələ də yerinə yetirilməmiş 4 qətnaməsi var. Özü də onlar Azərbaycan torpaqlarının işğalına son qoyulmasına çağıran qətnamələrdən təqribən yarım əsr qabaq - 1948-ci ildə qəbul edilmişdi.  Ona görə də BMT-nin yerinə yetirə bilmədiyi qətnamələri özü təkbaşına reallaşdırmağı bacarmış bir dövlətin başçısının Cəmmu və Kəşmir məsələsindəki mövqeyi Pakistan üçün o qurumun Təhlükəsizlik Şurasının daimi üzvlərinin mövqeyindən heç də az önəmli olmamalıdır. Üstəlik, Azərbaycan öz mövqeyində səmimi və qətiyyətlidir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda