“İrəvan” futbol komandası bütün yarışlardan KƏNARLAŞDIRILIB

19:33 12-07-2024 | icon 517 | İdman
“İrəvan” futbol komandası bütün yarışlardan KƏNARLAŞDIRILIB

Azərbaycan I Liqasında iştirak edən “İrəvan” AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırılıb.

 

Versus.Az Apasport.az-a istinadən xəbər verir ki, bunu qurumun icraçı-vitse prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra açıqlamasında bildirib.

 

 

Qurum rəsmisi bunu belə izah edib:

“İcraiyyə Komitəsinin qərarına əsasən, “İrəvan” komandası AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Əsas səbəblər qeyri-sabitlik və maliyyə, həmçinin danışılmış oyunlarla bağlı olan ciddi problemlərdir. Bir neçə ay öncə “İrəvan” klubunun 8 futbolçusunun danışılmış oyunlarla əlaqədar adları çəkilmişdi. Bu cür ciddi neqativ hallar nəzərə alınaraq belə qərar qəbul olundu. “İrəvan”ı hansı komandanın əvəzləyəcəyi ilə bağlı Peşəkar Futbol Liqası ilə danışıqlar aparılacaq və ictimaiyyətə açıqlama veriləcək”.

 

Qeyd edək ki, “İrəvan” klubu ötən 27 xalla turnir cədvəlinin 7-ci pilləsində bitirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda