İyulun 13-14-də Miri Yusif Yaşıl Teatrda olacaq

18:28 13-07-2024 | icon 547 | Şou-biznes
İyulun 13-14-də Miri Yusif Yaşıl Teatrda olacaq

İyulun 12-də Xalq artisti Miri Yusifin konsertinin ilk günü baş tutub.

 

Versus.Az xəbər verir ki, Yaşıl Teatrda reallaşan gecədə sənət adamları, Xalq artistin ailə üzvləri, qazilər və "YAŞAT" Fondunun dəstəyi ilə şəhid ailəsi üzvləri qonaq qismində iştirak ediblər.

 

Sənətçi səhnə dekorasiyası, səhnə işıqları, rəqslərlə gecəyə xüsusi hazırlaşdığını sübut edib. Gur işıqların arasında səhnəyə çıxıan Miri Yusif “Mən heç kiməm” mahnısını ifa edib. Ard-arda sevilən mahnılarını səsləndirən müğənni tamaşaçılarla söhbət etməyi də unutmayıb. O tamaşaçılara təşəkkürünü bildirərək onların sevgisinin önəmindən bəhs edib. Xalq artisti həyat yoldaşı Nərgizə də eşqini elan edib. Bildirib ki, 15-il öncə xanımı ilə Yaşıl Teatrda Röya Ayxanın konsertində rastlaşıb və ona vurulub.

 

Miri Yusif ailə üzvlərinə, valideynlərinə və ruh əkizlərinə səalənərək onların dəstəyini daim hiss etdiyini də vurğulayıb.



Qeyd edək ki, iyulun 13-14-ü də Yaşıl Teatrda Miri Yusif konserti baş tutacaq.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda