Avtobuslarda sürət məhdudlaşdırılacaq

14:38 11-03-2019 | icon 419 | Cəmiyyət
Avtobuslarda sürət məhdudlaşdırılacaq

 

Bakıda sərnişindaşımaya dair təsdiq edilən tələblər toplusunda avtobuslarda sürətin məhdudlaşdırılması da öz əksini tapıb. Mütəxəssislər deyirlər ki, bununla da, ictimai nəqliyyatda ən narahat doğuran məsələlərdən sayılan daha bir məsələ öz həllini tapacaq.

Versus.Az ARB TV-nin məsələ ilə bağlı maraqlı süjetinə istinad edərək məsələ ilə bağlı ekspertlərin fikrini təqdim edib. 

Azər Allahverənov - Epskert: "Yüksək sürət həddi istənilən hallarda bizim yollarda gərginliyə səbəb olurdusa, qəza şəriatinə gətirib çıxarırdısa, həmin cihazların işə salınması avtobusda quraşdırılması, təbii ki, dediyimiz bu gərgin anları, xoşagəlməz halları aradan qaldırmış olacaq".

Hazırda paytaxtda 2 mindən çox avtobus sərnişindaşıma ilə məşğuldur. Bunun da 600-ə yaxını yeni gətirilən müasir nəqliyyat vasitələridir ki, onlarda da istehsalçı tərəfindən bu mexanizm quraşdırılıb. Lakin sürət limitinin tətbiqi alıcı tərəfindən işə salınmalıdır. Artıq bəzi daşıyıcılar bu mexanizmdən istifadə edərək avtobuslarında sürət həddini məhdudlaşdırıblar.

İsmayıl Hüseynov - Daşıyıcı şirkətin rəsmisi: "250 avtobusun 127-sində var. 123 avtobusa da bu qoyulan qərardan sonra şamil olunacaq".

İbrahim Quliyev - Daşıyıcı şirkətin rəsmisi: "Sürət həddini aşa bilmirlər. Maximum sürət 60-dır, onu istəsələr belə aşa bilmirlər".


Mütəxəssislər deyirlər ki, sürət məhdudiyyəti nəzərdə tutulan zaman avtobusun keçdiyi küçə və prospektlər və magistrallar nəzərə alınmalıdır. Eyni zamanda istehsalçıya bununla bağlı sifariş verilməsi məqbul sayılmır.

Azər Allahverənov - Ekspert: "Cihazın özü, elə proqramlaşdırılmalıdır ki, avtobusun harda hərəkətdə olmasından aslı olmayaraq adekvat olaraq sürəti seçsin. Avtobusu istehsal edən şirkət də sifariş etmiş olsun. Bu, müəyyən mənada bir az baha başa gələ bilər. Çünki cihazın növündən də aslı olaraq, dəyişir".

Ağamirzə Mirzəyev - Usta: "Proqram təminatı ilə kompüterlə avtobusların sürəti müəyyən edilir, yazılır. Köhnə avtobuslarda isə, yanacaq nasosunda vinti tənzimləməklə mümkündür".

Ötən il Bakıda baş verən 619 yol qəzasının 44-ü avtobusların payına düşür. Bu hadisələr zamanı isə 23 nəfər ölüb, 38 nəfər yaralanıb. Təbii ki, əksəriyyətin də səbəbi yüksək sürət olub. Avtobuslarda sürət məhdulaşdırıcı cihazların quraşdırılmasından sonra bu cür hadisələrin də azalacağı gözlənilir. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı