Yeni radarlar: Cərimə yazmır, amma...
Azərbaycanda yeni növ radarlar quraşdırılır. Quraşdırılan tablolarda maşının nömrəsi və sürət həddi göstərilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir. Monitorlar cərimə yazmır, sürücünü məlumatlandırır.
Qeyd olunub ki, yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır, yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir:
"Bu monitorların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, sürücülərin idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir. Hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır. Yolda sürət təhlükədir".
"İnzibati xətaların daha çox qeydə alındığı ərazilərdə quraşdırılır"
Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis leytenantı Hacıyev Elvin açıqlamasında bildirib ki, elektron lövhələr Siqnal İdarəsi tərəfindən yolda müəyyən edilmiş sürət həddinin aşılması ilə müşayət olunan inzibati xətaların daha çox qeydə alındığı ərazilərdə quraşdırılmağa başlanılıb:
“Elektron lövhədə sürət həddini aşan avtomobillərin sürət həddi və nömrə nişanı əsk olunmaqla sürücü tərəfindən görülməsi təmin ediləcək.Elektron tabloların quraşdırılmasında əsas məqsəd sürət həddini aşan sürücülərin əvvəlcədən xəbədar olması və intizama dəvət edilməsidir”.
"Ekrandadakı nömrəni həm həmin avtomobilin sürücü, həm də digər avtomobil sürücüləri görə biləcək"
Yeni sistemlə bağlı saytımıza açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu radarlar müasir texnologiyalar sayılır:
“Azarbaycanda quraşdırılan yeni növ radarlar dünyanın bir çox yerlərində sınaqdan keçirilmişdir. Sözü gedən radar emojilər vasitəsi ilə sürücüyə dərhal xoş və ya əsəbi emojilərə reaksiya vermə qabiliyyətinə, onun törətdiyi xətanı ekranda göstərmə üstünlüklərinə malikdir. Sürücü hansısa yol hərəkət qaydasını pozarsa, onun avtomobilinin qeydiyyat nişanı ekranda görünəcək. Ekrandadakı nömrəni həm həmin avtomobilin sürücü, həm də digər avtomobil sürücüləri görə biləcək”.
Ekspert qeyd edib ki, bu radarın qeydə alma xüsusiyyətləri fərqlidir:
"Uzaq məsafədən xətaları, sürəti qeydə ala bilir. Bakıda eləcə də, dünyanın bir çox ölkələrində radara yaxınlaşanda sürəti azaldıb, ötən kimi sürət həddini çoxaldan şəxslərin şahidi oluruq. Yeni quraşdırılan radarlar vasitəsi ilə daha uzaq məsafədən çəkə bilmə kefiyyətinin olduğuna görə bu problemin azalacağını, ortadan qalxacağını düşünürəm. Bu radarlara Respublikanın bütün regionlarında rast gəlmək mümkün olacaq. Müəyyən yerlərdə tez quraşdırılır ki, prespektivi yoxlanılsın.”
Elməddin Muradlının sözlərinə görə, ciddi nəzarət mexanizmi hər zaman effektiv olub:
“Sürücü psixologiyasında sadə düstur var ki, radar, polis, kamera olan yerdə bütün qaydalara əməl edir, nümunəvi sürücü olurlar. Lakin kamera, polis, radar olmayan yerdə bəzi sürücülər yol hərəkət qaydalarını pozurlar, məşhur filmdə deyildiyi kimi, cinə, şeytana dönürlər”.
Son olaraq ekspert qeyd edib ki, yollarda radar olması əvəzinə, radarın insanın vicdanında, onun daxilində, ailəsinə, cəmiyyətə olan münasibətində olmasını istəyir:
“İnsanlar nəzarət sisteminə öyrəşib və yol hərəkət qaydasını pozduğu zaman cərimə gələndə daha məsuliyyətli davranırlar”.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...