Arıqlamağın sirri açıqlandı

08:00 25-07-2024 | icon 455 | Sağlamlıq
Arıqlamağın sirri açıqlandı

Adətən köklüyə görə bədəndə toplanan piy "günahlandırılır". İnsanlar arıqlamağa başlayanda məhz onunla mübarizə aparırlar. Lakin heç də hamı piyin bədəni necə tərk etdiyini bilmir.

 

Rusiyalı endokrinoloq Yelena Qubkina aif.ru-ya arıqlama prosesində piyin necə "buxarlanmasından" danışıb.

 

Onun sözlərinə görə, bədəndə piy yağ hüceyrələrində olur, onların sayı isə ömür boyu dəyişmir. Qidadan kifayət qədər enerji almadıqda, orqanizm yağ ehtiyatlarından istifadə etməyə başlayır:

 

"Müvafiq olaraq, insan çəki aldıqda, yağ hüceyrəsinin ölçüsü artır və əks halda azalır. Çəki azaldıqda, yağ hüceyrəsindən yağ turşuları ayrılır və nəticədə bədənimizdə onların oksidləşməsi ("parçalanması", "yanması") prosesi baş verir. Çəki azaldıqda, daha çox hərəkət etmək məsləhətdir. Nəticədə karbon qazı və su əmələ gəlir ki, onlar da müvafiq olaraq ağciyərlər və böyrəklər vasitəsilə orqanizmdən xaric olur".

 

Mütəxəssis piyin paylanması və itirilməsinin genetika, cins, yaş və fiziki aktivlik səviyyəsi də daxil olmaqla bir çox amillərdən asılı olduğunu vurğulayıb:

 

"Adətən kişilər əvvəlcə qarın nahiyəsində, qadınlar isə bud və sağrı nahiyəsində piyi itirirlər. Bununla belə, çox şey orqanizmin xüsusiyyətlərindən də asılıdır".

 

Endokrinoloqun sözlərinə görə, yağ hüceyrələri düşündüyümüz kimi arıqlayanda tamamilə yox olmur:

 

"Orqanizm enerji üçün yağdan istifadə etdikdə, hüceyrələr kiçilir, amma yox olmur. Bu, insanların arıqladıqdan sonra yenidən çəki yığa bilməsinin səbəblərindən biridir - yağ hüceyrələri qalır və kalori artıqlığı zamanı yenidən böyüyə bilər".

 

Həkim bildirib ki, insan fiziki aktivlik və balanslaşdırılmış qidalanma ilə düzgün arıqlayanda yağ itkisi əzələ kütləsinin artması ilə müşayiət oluna bilər:

 

"Bu ona görə baş verir ki, fiziki aktivlik əzələ liflərinin böyüməsini stimullaşdırır. Nəticədə bədən daha tonuslu olur".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda