Sosial şəbəkədən asılı qalanların qorxusu

15:49 18-03-2019 | icon 494 | Maraqlı
Sosial şəbəkədən asılı qalanların qorxusu

Son günlər sosial şəbəkə istifadəçiləri paylaşım və şərhlərlə bağlı yaşadıqları problemin həllini nöqtə, vergüllə həll etməyə çalışırlar. Əksəriyyət bunu texniki problemlə bağlasa da, əslində, bunun arxasında sosial şəbəkə rəhbərliyinin marketinq və təhlükəsizlik siyasəti dayanır.



Versus.Az Milli.Az-a istinadən bildirir ki, ARB TV-nin "Günə Doğru" verilişində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Orxan Rza - SMM üzrə mütəxəssis: ""Feysbuk" müxtəlif alqoritimlər tətbiq edir ki, istifadəçilərə mümkün qədər maraqlı gəlsin".

Rahil Sayadoğlu - ARB TV-nin aparıcısı: "Hər "Feysbuk" problemi, sanki, şərh yazmaqla aradan qalxırmış kimi davranırlar. İnsanlar elə bilirlər ki, problem yalnız onların profilindədir. Amma çoxluq anlamalıdır ki, problem fərdi deyil, kütləvidir".

Sadiq Mirzə - İT Mütəxəssis: "Məqsəd sosial şəbəkələrdə saxta profilləri təyin edib onları bloklamaqdır".

Sosial şəbəkələrlə bağlı bir neçə layihənin rəhbəri ARB TV-nin aparıcısı Rahil Sayadoğlu deyir ki, şəbəkə istifadəçiləri bir çox məqamda öz şəxsi profilini daha maraqlı və cəlbedici etmək üçün müxtəlif üsullara əl atır.

Rahil Sayadoğlu - ARB TV-nin aparıcısı: "Bizim insanlarımız çox yaradıcıdır. Nöqtə məsələsi gündəmə gələndə dərhal trendə uyğun mövzular tapırlar".

Sosial şəbəkələrdə paylaşımların daha çox kütləyə çatdırılması üçün alternativ yollar da var. 

Sadiq Mirzə - İT Mütəxəssis: "Kefiyyəti artırmaq, postların sayını isə azaltmaq lazımdır".

Amma yaxşı olar ki, sosial şəbəkələrdən asılı vəziyyətdə qalmayaq. Bu, bizim həm gündəlik həyat tərzimizə mənfi təsir edir. Həm də, özümüzlə bağlı şəxsi məlumatların mənimsənilməsinə risk edirik. Yaxşı olar ki,  özümüzlə bağlı məlumatları nöqtə vergülünə kimi tirajlamayaq...

 

Sosial şəbəkədən asılı qalanların qorxusu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı