AMEA alimini “Elm günü”ndə 3000 manatla mükafatlandırdı

15:47 27-03-2019 | icon 401 | Təhsil
AMEA alimini “Elm günü”ndə 3000 manatla mükafatlandırdı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə “Elm Günü” təsisedilib. HəminSərəncama əsasən, həril 27 mart tarixində bu əlamətdar günün qeyd edilməsi qərara alınıb.

“Elm Günü” ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə müsabiqənin qalibi məlum olub.

Versus.Az  AzEdu.az-a istinadla bildirir ki, AMEA-dan verilən məlumata görə, müsabiqəyə ümumilikdə ayrı-ayrı şəxslərin və kollektivlərin namizədliyini əhatə edən 31 iş təqdim olunub. AMEA prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamı ilə yaradılmış Ekspert komissiyası təqdim olunan işlərin yekun qiymətləndirməsini sona çatdırıb. Komissiyanın rəyləri AMEA-nın prezidentinə təqdim edilib və qalib müəyyənləşib.

Elmi biliklərin və elmi nailiyyətlərin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə, o cümlədən kainat və onun əsas inkişaf mərhələlərinə həsr olunmuş elmi və elmi-populyar əsərinə görə AMEA Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov AMEA Rəyasət Heyətinin mükafatına layiq görülüb. Qalibə 3000 manat pul mükafatı təqdim ediləcək.

Qeyd edək ki, mükafat elmi populyarlaşdırmaq, elmi bilikləri və nailiyyətləri, yeni elmi istiqamətləri təbliğ etmək, Azərbaycan elmində baş verən yeniliklərlə və əldə olunan elmi nəticələrlə ictimaiyyəti tanış etmək, habelə AMEA-nın fəaliyyətini geniş işıqlandırmaq, gənclərdə elmi fəaliyyətə maraq oyatmaq məqsədilə təsis edilib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı