Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşlə bağlı bəyanat

00:05 30-03-2019 | icon 521 | Gündəm
Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşlə bağlı bəyanat

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan birbaşa dialoqu davam etdirməyə razılaşıblar.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan və Ermənistan XİN rəhbərləri və ATƏT Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir.

Bəyanatda deyilir:

 

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bu gün ilk dəfə Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa, Endrü Şofer – ABŞ) himayəsi altında görüşüblər. Görüşdə həmçinin xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər”.

 

Bəyanatda qeyd olunur ki, görüş müsbət və konstruktiv şəraitdə keçib və iki liderə öz mövqelərini aydınlaşdırmağa imkan verib:

“Onlar nizamlama prosesinin bir sıra əsas məsələləri üzrə fikir və danışıqların gedişatının mahiyyəti üzrə ideya mübadiləsi aparıblar.

Hər iki lider sülhə xidmət edən şəraitin yaradılmasının və danışıqlar prosesində münaqişənin sülh yolu ilə həllinin tapılması üçün daha konkret və təsirli tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Düşənbədə söhbətlərini yada salaraq, liderlər atəşkəsin möhkəmləndirilməsi və birbaşa ünsiyyət mexanizminin təkmilləşdirilməsinin zərurətini bir daha təsdiqləyiblər. Onlar həmçinin humanitar sahədə bir sıra tədbirlərin işlənib hazırlanması barədə razılığa gəliblər.

Baş nazir və Prezident öz nazirlərinə yaxın gələcəkdə həmsədrlərlə görüşməyi tapşırıblar. Onlar həmçinin birbaşa dialoqu davam etdirməyə razılaşıblar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı