Elçin Quliyev Ermənistanla sərhədə 

14:01 30-03-2019 | icon 537 | Gündəm
Elçin Quliyev Ermənistanla sərhədə 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.


Versus.Az xəbər verir ki, DSX-dən verilən məlumata görə, səfər çərçivəsində yerli ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilmiş, dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi məqsədilə sərhədçilərə göstərilən hərtərəfli dəstəyə görə minnətdarlıq bildirilmiş, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.


Dövlət Sərhəd Xidmətinin rəisi Qazax rayonunun icra hakimiyyətinin başçısı və yerli ictimaiyyət nümayəndələri ilə birgə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində olub, burada aparılan mühəndis təminatı və döyüş mövqelərinin möhkəmləndirilməsi işlərinə yerində baxış keçirmiş, zabit və əsgərlərlə söhbət aparıb, xidməti-döyüş fəaliyyətinin nəticələri haqqında məruzələri dinlyib.


Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq xidməti ərazidə müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılması, hərbi hissələrdə və bilavasitə təmas xəttində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi istiqamətində görülən işlərin gücləndirilməsi barədə tapşırıqlar veriib.
Səfər çərçivəsində Dövlət Sərhəd Xidmərinin rəisi və digər vəzifəli şəxsləri mart ayının 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində Füzuli rayonu istiqamətində şəhid olmuş Qazax rayonunun Yuxarı Salahlı kənd sakini əsgər Əlləzov Əlləz Ələddin oğlunun yas mərasimində iştirak edib, qəhrəman əsgərin valideynlərinə baş sağlığı veriblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR