Müəllim şikayət, drektor isə inkar edir

19:28 27-09-2017 | icon 682 | Təhsil
Müəllim şikayət, drektor isə inkar edir

Müəllim: “Direktor işsiz müəllimləri görməzdən gəlib Şəkidən müəllim təyin edir”

 Direktor: “Qanunları çox gözəl bilirəm, nə həddimə ki, kimisə müəllim təyin edəm”

“Bu qəsəbədə bütün fənlər üzrə müəllimlər olsa da direktor vakant yerlərə məhz Şəkidən müəllimlər cəlb eliyib”.

Laçın şəhərindən məcburi köçkün olan, hazırda Şəkinin Yeni Çələbixan qəsəbəsində məskunlaşan Murad İsmayılov yaşadığı ərazidəki məktəbə işə qəbulla bağlı problemlərini Versus.Az-a bildirib.

M.İsmayılov bildirib ki, məskunlaşdıqları qəsəbədə Laçın, Şuşa, Ağdam, Kəlbəcər, Xocalı və digər işgal olunmuş rayonlardan məcburi köçkünlər var. Həmin qəsəbədə üç rayon üzrə məktəblər açılıb.

Şikayətçinin sözlərinə görə, 3 saylı Xocalı məktəbinin drektoru Eldəniz Məhərrəmov təhsil ocağını rüşvət yuvasına çevirib. Belə ki, qəsəbədə bütün fənlər üzrə müəllimlər olsa da direktor vakant yerlərə məhz hansısa maraqları üzündən Şəkidən gələn müəllimləri cəlb edib.

Müllimlər buna etiraz edərək direktordan tələb ediblər ki, ikinci iş yeri kimi kimlərəsə kənardan gətirib onlara dərs saatları verməkdənsə,  qəsəbə müəllimlərini iş təmin edilsin. Ancaq direktor bu narazılıqlara əhəmiyyət verməyib:

“Mən Gənclərin Çağırışa qədərki Hazırlığı və Fiziki Tərbiyəsi müəllimiyəm. 3 saylı Xocalı məktəbində Hərbi Rəhbər vəzifəsi boş idi. ona görə də Eldəniz müəllimdən məni hən yerə işə götürməsini xahiş etmişəm. Amma o, “işin “daskısı var”- deyib məndən üç min manat istədi.  Ona o qədər pulumun olmadığını deyəndə, direktor “Azərbaycanda bütün işlərin öz qiyməti var, bu işin də qiyməti budur, səndə yoxdursa gərək mən öz cibimdən qoyam”- deyib imtina etdi. Beləcə, işsiz müəllimləri qəsəbədə qoyub, gedib Şəkidən müəllimlər gətirən bir direktora gözün üstə qaşın var deyən yoxdur”.

Versus.Az məsələ ilə bağlı məktəbin direktoru Eldəniz Məhərrəmovla əlaqə saxlayıb. Eldəniz müəllim bildirib ki, məktəbə müəllimlərin qəbulu vakansiyalara əsasən müsabiqə yolu ilə həyata keçirilir. Məktəb direktoru müəllimləri işə təyin edə bilməz:

“Şikayətçi olan həmin şəxsə gəlincə, o, 2 il müddətinə Laçın məktəbində işləyib. Murad İsmayılov hərbi müəllim kimi vakansiyaya əsasən Laçın məktəbinə daxil olub, amma işləyə-işləyə imtahan verərkən lazımi bal toplamadığına görə işdən çıxarılıb. Onun iki ildir mənimlə şəxsi qərəzliyi var və haqsız yerə məndən şikayət etdiyinə görə hazırda qəribə də çıxsa küsülüyük. Nə yolla olur-olsun məni ləkələmək istəyirlər.

Məndən şikayət etmişdi ki, guya mən yerli sakinləri işə götürürəm, amma qaçqınları yox. Başa düşmürlər ki, müəllimlərin vakant yerlərə qəbulu direktor tərəfindən deyil, Təhsl Nazirliyinin həyata keçirdiyi müsabiqələr əsasında aparılır. Burda məktəb direktorunun heç bir rolu yoxdur. Vakansiya əsasında məktəbimizə gələnlərin əksəriyyəti Şəkidəndir. Onlar isə məni günahlandırırlar ki, guya mən gətirirəm o müəllimləri. Gedib iki suala cavab vermirlər, sonra gəlib məndən şikayət edirlər. Onlar iddia edirlər ki, biz qaçqınıq, mütləq qaçqın məktəbinə də biz yerləşməliyik. Mən onlara başa sala bilmirəm”.

Üç min manat rüşvət məsələsinə gəlincə, direktor bildirdi ki, bu da növbəti böhtandır:

“Mən ağılsız adam deyiləm, Qarabağ döyüşçüsüyəm, Qanunları çox gözəl bilirəm, mən kiməm ki, nə həddimə ki, kimdənsə pul alıb onu müəllim təyin edəm?”

Mövzunu davam etdirəcəyik.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR