Yaşı 8-dən çox olan və sağlamlıq imkanı məhdud uşaqlar üçün
Bu gündən yaşı 8-dən yuxarı olan uşaqların, eyni zamanda, sağlamlıq imkanı məhdud uşaqların valideynləri övladlarının I sinfə qəbulu üçün sənədləri müvafiq orqanlara təqdim edə biləcəklər.
Versus.Az xəbər verir ki, yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 01.04.2019-cu il tarixdən həftənin II günü yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) Bakı Şəhəri üzrə Təhsil İdarəsində, Sumqayıt Şəhər Təhsil Şöbəsində, Gəncə Şəhər Təhsil İdarəsində, Mingəçevir Şəhər Təhsil Şöbəsində, Naftalan Şəhər Təhsil Şöbəsində, Şirvan Şəhər Təhsil Şöbəsində, Abşeron Rayon Təhsil Şöbəsində, Yevlax Rayon Təhsil Şöbəsində və Samux Rayon Təhsil Şöbəsində yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.
Bakı şəhərində xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün də valideynlər ilkin olaraq mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib, xüsusi təhsil formasını seçməlidirlər. Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə (Valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, tibbi arayış, 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayış) birlikdə 01.04.2019-cu il tarixdən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirməlidir.
Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.
Sevda Teymurova
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...