Azərbaycanın Avstriyaya yeni fəxri konsulu təyin edilib

19:50 01-04-2019 | icon 321 | Siyasət
Azərbaycanın Avstriyaya yeni fəxri konsulu təyin edilib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avstriyaya yeni təyin olunmuş fəxri konsulu Mixael Haynritsi qəbul edib.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, E.Məmmədyarov Mixael Haynritsi Avstriyanın Zalsburq, Tirol və Forarlberq federal vilayətlərini əhatə etməklə Zalsburq şəhərində Azərbaycanın fəxri konsulu qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya son işgüzar səfərinə toxunan nazir səfər çərçivəsində çox faydalı görüşlərin keçirildiyini diqqətə çatdırıb.

 

Öz növbəsində, Azərbaycanı təmsil etməkdən məmnun olduğunu bildirən M.Haynrits Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi məqsədilə, xüsusilə də qeyri-neft sektorunda əməkdaşlığın təşviq edilməsi istiqamətində davamlı fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

 

Fəxri konsul fəaliyyəti dövründə iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR