Ünvanlı sosial yardıma görə "cəza" müddətinin artırılması təklif edilib
Hesablama Palatası ünvanlı sosial yardım almaq hüququnun itirilməsi müddətinin artırılmasını təklif edir.
Versus.Az xəbər verir ki, Hesablama Palatası bununla bağlı təkliflərini artıq Nazirlər Kabinetinə təqdim edib.
Təkliflərdə qeyd edilir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. Qanuna 2008-ci ildə edilmiş dəyişiklikliyə qədər isə həmin müddət 2 il olub.
Palata hesab edir ki, “cəza” müddətinin 2 ildən 1 ilə endirilməsi sosial müdafiə və qayğı baxımından müsbət addım olsa da, hazırkı real şəraitdə qanunvericiliyin tələblərinin pozulması üzrə məsuliyyət baxımından təqdirəlayiq qiymətləndirilmir.
Qeyd edək ki, ünvanlı sosial yardım, onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”