"Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq" layihəsinin qalibləri

13:42 03-04-2019 | icon 1518 | Təhsil
"Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq" layihəsinin qalibləri

 

Martın 31-də Neftçala şəhər 1 saylı tam orta məktəbdə Gənclər Fondunun dəstəklədiyi "Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq" layihəsi üzrə tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbirdə martın 24-də həmin məktəbdə keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Layihənin rəhbəri, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Gülnar Fərhadova, layihənin eksperti, t.ü.f.d. Əli Fərhadov, Neftçala ziyalıları, müəllimlər, məktəblilər, həmçinin Milli Qəhrəman Samid İmanovun atası Gülağa İmanov da iştirak və çıxış edib.

 

İnşa müsabiqəsində I yerə "Muğan" liseyinin X sinif şagirdi Leyla Həsənzadə, II yerə 4 saylı tam orta məktəbin IX sinif şagirdi Şükufə Nuriyeva, III yerə isə iki nəfər - 1 saylı tam orta məktəbin IX sinif şagirdi Rəvanə Xankişiyeva və "Muğan" liseyinin şagirdi Zinyət Musayeva layiq görülüblər.

 

Qaliblər təşəkkürnamə və pul mükafatı ilə təltif ediliblər.

Tədbir məktəblilərin şəhidlərimizə həsr etdikləri bədii hissə ilə davamedib.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...