Regionlarda könüllülük proqramına start verildi

15:48 20-09-2017 | icon 531 | Sosial
Regionlarda könüllülük proqramına start verildi

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) regionlarda könüllülük proqramına start verir.

Birlikdən Versus.Az-a verilən məlumata görə, proqramın əsas məqsədi regionlarda ictimai nəzarətin həyata keçirilməsində könüllülərin fəal iştirakını təmin etmək, eləcə də gənclərin bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına və regionlarda geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək göstərməkdən ibarətdir.

Regional İnkişaf İctimai Birliyinin fəaliyyətində iştirak etmək arzusunda olan və 17 yaşı tamam olan hər bir şəxs könüllü kimi qeydiyyatdan keçməklə proqrama qoşula bilər.

Könüllülük proqramı oktyabrın 1-dən  başlayacaq və 3 ay davam edəcək. Proqramda iştirak üçün son qeydiyyat tarixi 24 sentyabr 2017-ci ildir.

Proqram çərçivəsində RİİB-in fəaliyyətinə qoşulan könüllülər üçün müxtəlif təlimlər təşkil olunacaq, onların iştirakı ilə bir sıra sosial layihələr həyata keçiriləcək, eləcə də daxil olan müraciətlərin araşdırılması, icrası, layihə təkliflərinin hazırlanması, analitik təhlillərin aparılması və digər istiqamətlərdə RİİB-in fəaliyyətinə cəlb olunacaq.

Qeyd edək ki, Regional İnkişaf İctimai Birliyinin əsas məqsədi regionlarda ictimai nəzarəti həyata keçirmək, əhalinin ayrı-ayrı sahələrdəki problemlərini öyrənmək və onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq çərçivəsində həlinə nail olmaq, o cümlədən dövlət tərəfindən regionların inkişafı sahəsində həyata keçirilən tədbirlərə və layihələrə dəstək göstərməkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR