Polkovnik-leytenant: Ali Baş Komandan, Birinci vitse-prezidentimiz, dövlətimiz və xalqımız bizim ailələrimizin yanında olacaq


Ali Baş Komandan, Birinci vitse-prezidentimiz, dövlətimiz və xalqımız bizim ailələrimizin yanında olacaq.
Versus.Az -ın məlumatına görə, bunu polkovnik-leytenant Eldəniz Sadıqov Birinci vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşündə deyib.
Görüşdə polkovnik-leytenant Eldəniz Sadıqov çıxış edərək deyib ki, 3 il bundan əvvəl baş vermiş Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə və bütün dünyaya öz gücünü sübut etdi:
"2016-cı ilin aprel ayında düşmənin kəşfiyyat və diversiya qruplarının hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən alındı. Düşmənin müdafiə xətti tez bir zamanda yarılaraq mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Bu, bir daha sübut etdi ki, bizim güclü və nizami ordumuz var. Biz öz torpaqlarımızı geri qaytaracağıq. Azərbaycanın Ali Baş Komandanı ordumuza yüksək qayğı göstərir, hərbçilərin məişət şəraitinin yaxşılaşdırılmasına, müasir hərbi hissələrin tikilməsinə, zabitlərin yeni evlərlə təmin olunmasına böyük diqqət ayırır. “Aprel döyüşlərində mən və mənim silahdaşlarım bilmirdik ki, şəhid olacağıq və ya sağ qalacağıq. Biz o haqda heç düşünmürdük. Çünki inanırdıq ki, biz şəhid olsaq da, Ali Baş Komandan, Birinci vitse-prezidentimiz, dövlətimiz və xalqımız bizim ailələrimizin yanında olacaq”.
Versus.Az

Xəbər lenti

“Həyəcan” düyməsi
Dövlət ümumi təhsil müəssisələrində...
ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib
"Mənim münaqişələri birdəfəlik həll etməklə bağlı sehrli formulum yoxdur"
"Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır"
Sabah ölkə üzrə bir gündə 650 min ağac əkiləcək
"Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir"
BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib
Ali məktəblərə qəbul imtahanlarının tarixi dəyişə bilər?
Gürcüstandakı azərbaycanlıların problemlərinin həllinə başlanılıb
BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüş keçirilib
Kirayə mənzildə vəziyyətləri pisləşən tələbələrlə bağlı RƏSMİ
Balakəndə mənşəyi məlum olmayan heyvan əti satan şəxs saxlanılıb
2020-ci ilin rəngi
Azyaşlıya qarşı soyğunçuluq edən şəxslər saxlanıldı
"ATƏT zamanın sınağından uğurla keçib"
İrəli
