Partiya sədri Gözəl Bayramlı ilə görüşüb

18:05 06-04-2019 | icon 428 | Siyasət
Partiya sədri Gözəl Bayramlı ilə görüşüb

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev prezidentin sonuncu əfv fərmanı ilə həbsxanadan azad olunan AXCP sədrinin müavini Gözəl Bayramlı ilə görüşüb. Gözəl Bayramlının evinə gedən ALDP-çilər onu azadlıqda görməkdən məmnun olduqlarını ifadə ediblər.

 

Versus.Az-ın məlumatına görə, ALDP sədri Fuad Əliyev qeyd edib ki, insan hüquq və azadlıqlarının qorunmasında qorxmadan, çəkinmədən mübariz aparan insanlardan biri də Gözəl Bayramlıdır:

 

"Biz sizin fəaliyyətinizi həmişə təqdir etmişik və başqalarına örnək göstərmişik. Cəmiyyətimiz Azərbaycanın demokratikləşməsində, insan haqlarının qorunmasında sizin kimi mübarizlərin təcrübəsindən yararlanmalıdır. Sizin fəaliyyətiniz Azərbaycanda söz, fikir azadlığının, insan haqlarının qorunmasına xidmət edir".

 

G.Bayramlı da öz növbəsində F.Əliyevə minnətdarlığını bildirib:

"Həm azadlıqda olanda, həm də həbsxanada sizin fəaliyyətiniz və mənə göstərdiyiniz diqqətdən xəbər tutmuşam. Buna görə sizə oz minnətdarlığımı və təşəkkürümü bildirirəm".

 

Qeyri rəsmi şəraitdə keçən görüşdə digər məsələlər də müzakirə edilib.

 

Qeyd edək ki, ALDP-nin Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı partiyanın təsis etdiyi “Azadlıq Fədaisi” mükafatına ötən il G.Bayramlı layiq görülüb. Həmin vaxt G.Bayramlı həbsxanada olduğundan mükafat onun bacısı Şirin xanıma təqdim edilmişdi.

SEVDA
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı