Məhkəmə-hüquq islahatları haqda fərman nəyi dəyişəcək?

07:44 08-04-2019 | icon 417 | Siyasət
Məhkəmə-hüquq islahatları haqda fərman nəyi dəyişəcək?

Əliməmməd Nuriyev: "Bütövlükdə ədalət mühakiməsi sisteminə baxışın dəyişilməsi nəzərdə tutulur"

 

 

"Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman ilk nöbədə ölkədə həyata keçirilən iqtisadi, sosial islahatların, köklü transformasiya proseslərinin daha uğurlu nəticələr verməsi üçün hüquqi təminat yaradılması və ölkənin hüquq, ədalət mühakiməsi sistemininin meydana çıxa biləcək çağırışlara adekvat olması baxımından mühüm əhəmiyyətə malikdir".

 

Versus.Az-ın məlumatına görə, bunu Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, bu Fərman bu zamana qədər məhkəmə-hüquq sistemində aparılan islahatları dərinləşdirən, eyni zamanda mütərəqqi dəyişikliklər, islahatların yeni mərhələsini şərtləndirən bütöv islahat konsepsiyası, “Yol xəritəsidir”:


"Konseptual olaraq bu Fərmanda bütövlükdə ədalət mühakiməsi sisteminə baxışın dəyişilməsi nəzərdə tutulur. Məhkəmələr, məhkəmə sistemi yalnız hakmiyyət qolu deyil, eyni zamanda cəmiyyətdə ədalətin təmin olunması, ən başlıcası harmonik, dayanıqlı inkişafa təsir göstərən, bərabərliyi, hüquq və azadlıqların qorunmasını həyata keçirən ali instansiyadır. Müasir dövrdə məhkəmələrin texniki institut kimi nəzərdən keçirilməsi yanlış olardı. Məhkəmələrin fəaliyyəti bütövlükdə cəmiyyət miqyasında təsirə malikdir və xeyli dərəcədə mühitin, ab-havanın formalaşmasına təsir göstərir. Dövlətin sarsılmaz təməli ədalət olmalıdır. Bu Fərmanda məhz yanaşma əsas götürülüb. Müasir dövrün rus publisistlərindən biri qeyd edir ki, Femidanın gözlərindəki qara bağlama şəffaf olsaydı, ədalət daha çox təmin olunardı. Bu obrazlı ifadə ona işarə vurur ki, ədalət mühakiməsi sistemi daha şəffaf, açıq, müasir texniki imkanlara, təkmil normativ bazaya, öz nüfuzunu, etibarını qorumaq üçün alət və mexanizmlərə malik olmalıdır".

 

Əliməmməd Nuriyev Fərmanda əsas konseptual məqamlar kimi aşağıdakıları qeyd edib:

1. Məhkəmə hakimiyyətinin ictimai həyatın bütün sferalarında rolu və təsiri artacaq. Məhkəmə hakimiyyətinin nufuzu, ona ictimai etimadın artması, eyni amanda məhkəmə sisteminin daxildən transformasiyasına nail olunacaq.
2. Əldə olunan təcrübə nəzərə alınmaqla qabaqcıl praktikaları tətbiq etməklə ədalət mühakiməsi sisteminin səmərəliliyi, müstəqilliyi, şəffaflığı və hesabatlılığının artırılmasına nail oluncaq
3. Ədalət mühakiməsi sisteminin institusional əsasları inkişaf etdiriləcək və yaxşılaşdırılacaq. Ədalət mühakiməsi sisteminin keyfiyyətli və səmərli işləməsi, şəfaffalıq və hesabatlılığın təmin edilməsi üçün müvafiq infrastruktur elementləri formalaşacaq. Həmçinin daha əlverişli mühit təmin edələcək
4. Ədalət mühakiməsinin əlçatanlığı, vətəndaşların keyfiyyətli hüquqi yardıma olan ehtiyaclarının daha yaxşı qarşılanması üçün mövcud mexanizmlər təkmilləşdiriləcək
5. Əvvəlcədən sövdələşmələri, kənar müdaxilələrin qarşısının alınması üçün yeni alətlər tətbiq ediləcək
6. Hakimlərin müstəqliyinin əsasları möhkəmləndiriləcək
7. Ədalət mühakiməsi sisteminin inkişafına əlavə təkan veriləcək
8. Ədalət mühakiməsi sisteminin informasiya-kommunikasiya texnologiyları ilə təmin etməyə, şəffaflıq və hesabatlılıq üçün yeni texniki imkanlar yaradılmasına nail olunacaq.


Yelmar Nəbiyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı