Süleyman Rüstəmin yaradıcılığına həsr olunan konsert keçirilib

09:20 09-04-2019 | icon 397 | Mədəniyyət
Süleyman Rüstəmin yaradıcılığına həsr olunan konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert Azərbaycan şairi, dramaturq, ictimai xadim Süleyman Rüstəmin yaradıcılığına həsr olunub.

 

Mərkəzdən Versus.Az-a verilən məlumata görə, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

 

Konsertdə xalq artistləri Aygün Bayramova “Qurban adına”, Gülyanaq Məmmədova “Laylay ”, Əməkdar artistlər Ehtiram Hüseynov “Sevgilim”, Rəşad İlyasov “Nazlı yarım”, Bəyimxanım Vəliyeva “Azərbaycana gəlsin”, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Elgiz Əliyev “Sədaqətim var”, Sədəf Budaqova “Axtararsınız”, Rəvanə Əmiraslanlı “Sənsən yoxsa mən” və müğənni Aytən Məhərrəmova “Yandım elə yandım” mahnılarını ifa ediblər.

Konsertin son nömrəsi olan “Bəs nə deyim” Bəyimxanım Vəliyeva və Rəvanə Əmiraslanlının ifasında səslənib.

 

İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.

Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov olub.

Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR