Qənirə Paşayeva Avropa Şurasını beynəlxalq təşkilatları işğallara qarşı sərt mübarizəyə çağırıb

13:37 09-04-2019 | icon 560 | Siyasət
Qənirə Paşayeva Avropa Şurasını beynəlxalq təşkilatları işğallara qarşı sərt mübarizəyə çağırıb

Bu gün AŞPA-da “2030-cu il Dayanıqlı İnkişaf Proqramının həyata keçirilməsində BMT ilə əməkdaşlığın gücləndirilməsi” və “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi: parlamentlərdən yerli idarəetmə qurumlarına qədər bütün iştirakçı tərəflərin birgə səyləri” adlı qətnamə layihələrinin müzakirəsi keçirilib.

 

Versus.Az-ın məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heytinin üzvü, AŞPA Azad Demokratlar Qrupunin vitse-prezidenti Qənirə Paşayeva Azad Demokratlar Qrupu adından çıxış edərək öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırıb və Avropa Şurasını, üzv ölkələri, beynəlxalq təşkilatları insanları qaçqın və köçkün salan işğallara qarşı sərt mübarizəyə çağırırıb:

 

“Avropa Demokratlar Qrupu olaraq mərizəçiləri təbrik edirik, qətnamə layihələrini dəstəkləyirik və hesab edirik ki, Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan məqsədlərin həyata keçməsi istqamətində üzv ölkələrdə çalışmalar daha da genişlənmli və surətlənməlidir.

Biz özəlliklə əsas məqsədlərdən biri olan gender bərabərliyi mövzusuna bütün üzv ölkələrdə daha çox diqqət ayrılmasına çağırırıq. Davamlı İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişlərə nail olunmasına baxmayaraq, bu sahədə üzv ölkələrdə daha çox işlərin görülməsinə böyük ehtiyac var. Unutmamalıyıq ki, gender bərabərliyi yalnız təməl insan hüquqlarından biri deyil, həm də sülhün hökmranlıq etdiyi, çiçəklənən və dayanıqlı dünya üçün zəruri şərtlərdən biridir. Özəlliklə qadınların iqtisadi həyatda, idarəetmədə rolunun artırılmasına daha çox önəm verilməlidir. Davamlı İnkişaf Məqsədlərinin demək olar ki, hamısında gender amilinə xüsusi diqqət yetirilmişdir. Unutmamalıyıq ki mövcud ölkə siyasətinin dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunun qiymətləndirilməsində yoxsulluq indeksi, insan indeksi inkişafı ilə yanaşı, gender bərabərliyi göstəriciləri mühüm əhəmiyyətə malikdir. Belə ki, gender bərabərliyi faktoruna əsaslanan insan inkişafı indeksi qiymətləndirmədə nəzərə alınan əsas göstəricilərdəndir. Buna görə də 5-ci məqsədin əsas istiqamətlərdən biri kimi seçilməsi digər məqsədlərin sürətli həyata keçirilməsinə də dəstək ola bilər.

Biz hesab edirik ki Dayanıqlı İnkişaf Məqsədlərinin üzv ölkələrdə tədris proqramlarına daxil edilməsi məqsədəuyğun olardı. Gender zorakılığı və uşaqlara qarşı zorakılıq, eləcə də, insan alveri hallarına qarşı mübarizəni daha da gücləndirməliyik. Azad Demokratlar Qrupu olaraq yoxsulluqla mübarizəyə, qaçqın və məcburi köçkünlər probleminə diqqəti daha çox artırmağa çağırırıq.

 

Mən torpaqlarının işğal altında olması səbəbindən 1 milyon qaçqın və məcburi köçkünü olan bir ölkənin təmsilçisi olaraq demək istəyirəm ki, yaşadığımız dünyada hər gün minlərlə insanın münaqişələrə görə, işğallar səbəbindən sığınacaq axtarmaq üçün öz evlərini tərk etmək məcburiyyətində qalması bizim hamımızı ciddi narahat etməlidir. Unutmamalıyıq ki, yüksək yoxsulluq səviyyəsinə daha çox qeyri-stabil və münaqişələrdən əziyyət çəkən kiçik ölkələrdə rast gəlinir. Münaqişələrin həllinə nail olunması, işğallara son qoyulması istiqmətində ümumi səyləri daha da gücləndirməliyik.

 

Sonda onu da vurğulamaq istəyirəm ki, mənim ölkəm Azərbaycanda Davamlı İnkişaf Məqsədləri ilə bağlı çox saydı işlər görülür, layihələr, islahatlar həyata keçirilir və bunun nəticəsində bir çox uğurlar əldə edilib və islahatlar, layihələr bu gün də surətlə davam edir və biz bu gün müzakirə olunan sənədlərdə qeyd edilən təklifləri də dəstəkləyirik.

 

Ümid edirik ki, bu cür müzakirələr və müzakirə etdiyimiz sənədlərdə qeyd olunan təkliflərə üzv ölkələrdə daha çox diqqət yetirilməsi əldə edilən uğurları daha da artırar və məruzəçilərin qətnamə layihələrində qeyd etdiyi məsələlərə üzv ölkələri daha çox diqqət yetirməyə çağırırıq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı