“Gündəliyində “5” göstər, hədiyyə qazan

19:03 09-04-2019 | icon 517 | Cəmiyyət
“Gündəliyində “5” göstər, hədiyyə qazan

Dükançıdan maraqlı jest - Bakıda

 

 

Versus.Az xəbər verir ki, paytaxt sakini Qəşəm Niftəliyev Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyindəki marketində məktəblilər üçün maraqlı aksiya başladıb.

 

O, gündəliyindəki “5” qiymətini göstərən şagirdlərə dəftər, qələm, kökə və s. həvəsləndirici hədiyyələr təqdim edir:

 

 ““5” alan şagirdin yanında başqa bir şagird olanda iki hədiyyə verirəm ki, o da görüb həvəslənsin. Həqiqətən də elə olur. Səhəri gün həmin uşaq da gündəliyindəki “5”-i göstərib hədiyyə qazanır”.

 

Q.Niftəliyev bildirib ki, məqsədi şagirdlər arasında təhsil sahəsində rəqabəti artırmaqdır:

 “Əvvəllər bütün günü küçədə oynayan uşaqlar indi evə gedib dərs oxuyur ki, yaxşı qiymət alsın və hədiyyə qazansın. Düzdür, oxuyan uşaq onsuz dao xuyur, amma təhsildən uzaq düşən uşaqlar indi xeyli həvəslənib”.

 

O, hətta rüb sonunda əlaçı çıxanlar və universitetə qəbul olanlar üçün daha böyük hədiyyələr hazırladığını deyir:

 “Fikirləşirəm ki, rübün sonunda əlaçı seçilənlərə və universitetə qəbul olanlara daha böyük hədiyyələr hazırlayım. Həmçinin, şərəf lövhəsinə vurulmuş fotosunu göstərənlərə də hədiyyə verməyi düşünürəm. Onların məktəbə, dərsə həvələnməsi üçün əlimdən gələni edirəm. Bəzən ayrı-seçkilik olmasın deyə bizim marketdən alış-veriş etməyən şəxslərin də uşaqlarına hədiyyə verirəm”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR