“Bu islahat böyük bir kütləvi narazılığın qarşısını aldı”
Fuad Əliyev: “Elə edilməlidir ki, bütün islahatlar cəmiyyət üçün xeyirli olsun?”
“Vətəndaşların rifahı üçün verilən bu cür qərarlar sözsüz ki, yaxşıdır. Amma islahatlar həm də bu sualı yaratdı: nəyə görə indiyə qədər aparılmırdı, şəhidlərimiz, kredit problemi bundan qabaq yox idimi. Bu, o vaxt niyə vaş vermirdi və indi niyə baş verir?”
Bu barədə Versus.Az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib. Partiya sədri son vaxtlar əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı aparılan islahatların əhəmiyyətini və səbəblərini şərh edib.
Onun sözlərinə görə, hakimiyyət daxilində qruplaşmalar var ki, onlardan bir qrupu islahatlara gedir, dogər qrup isə bunun əleyhinə çıxış edərək konservativ qərarlar verir. F.Əliyev bildirib ki, daxili çəkişmələrə baxmaraq, hakimiyyətin liberal qanadı daha üstün çıxaraq vətəndaşlar üçün uğurlu olan addımları atıb:
“Amma islahatlar əleyhinə çıxan digər qanadın gözləmə mövqeyində dayanıb, sonradan hansı addımları atacağını bilmək oilmaz. Çünki bundan qabaq Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevlə bağlı qərar verərək hesabı bağladı, bir həftədən sonra açdılar, sonra yenə bağladılar. Belə oyunlar gedir. Yəni vətəndaş üçün gərəkli olan addımların atılmasında qəti və yekdil fikir yoxdur. Bu da onu göstərir ki, hakimiyyət 5-10 il qabaq olduğu kimi monolit deyil. O vaxt da problemlər var idi, amma o zaman öz monolitliyini qoruyub saxlaya bilirdilər”.
ALDP sədri həyata keçirilən islahatlarda Xalq Hərəkatının, bütövlükdə müxalifətin fəallığının, ictimaiyyətin, onlayn televiziyaların təsirinin olduğunu qeyd edib:
“İnsanlar bir il qabaq hansısa problemlər barədə fikir söyləməyə çəkinirdilər. Artıq son illər sosial şəbəkə və onlayn televiziyalar vasitəsi ilə öz sözlərini deyir, tələblər irəli sürürlər. Təbii ki, hakimiyyətdə oturanlar da ağıllı insanlardır və cərəyan edən prosesləri görür, nəticələr çıxarırlar”.
Partiya sədri son olaraq kreditlərin bağışlanmasını vətəndaşlar üçün müsbət hal kimi dəyərləndirib. Onun sözlərinə görə, bu islahat böyük bir kütləvi narazılığın qarşısını aldı və bu, insanlar üçün böyük bir addım oldu:
“Dövlətin inkişafını təmin edəcək ən əsas islahatlar seçki islahatlarıdır. Müxalifət olaraq növbəti islahatların demokratik seçkilərlə bağlı olmasını arzu edərdim. Dövlətin inkişafını təmin edəcək ən əsas islahatlar seçki ilə bağlıdır. Seçkilər demokratik keçirilməlidir və demokratik parlament formalaşmalıdır. Həqiqi seçkilərin keçirilməsinə çalışılmalıdır. Müxalifətə imkan yaradılmalıdır ki, heç bir saxtakarlıq olmadan öz gücünü ortaya qoya bilsin. Bəlkə mən həqiqətən də uduzacam. Nəyə görə 700 minlik YAP, hamısı bir yerdə 50 min olan müxalifətdən qorxmalıdır? Siz demokratik seçkilər keçirin, qoy insanlar kimə səs verəcəklərinə özləri qərar versin və heç bir bəhanəyə də ehtiyac qalmasın. Əsas budur. İkincisi parlament müstəqil qərarlar verməlidir və özü Nazirlər Kabinetini formalaşdırmalıdır. Ciddi məhkəmə islahatları aparılmalıdır. Məsələn mən, hakimlərin ömürlük olmasına etiraz edirəm. Elə edilməlidir ki, bütün islahatlar cəmiyyət üçün xeyirli olsun”.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”