Gürcüstanın Baş naziri AŞPA-da deputatımızın sualını cavablayıb

19:36 10-04-2019 | icon 694 | Siyasət
Gürcüstanın Baş naziri AŞPA-da deputatımızın sualını cavablayıb

Bu gün AŞPA-da Gürcüstanın Baş naziri Mamuka Baxtadze çıxış edib və sualları cavablandırıb.

 

Versus.Az-ın məlumatına görə, Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayevanın Gürcüstan baş nazirinə Azərbaycan rəhbərliyi ilə həyata keçirilən böyük enerji layihələri və enerji təhlükəsizliyi mövzusunda ünvanladığı sualın cavabında baş nazir “Azərbaycan yaxın strateji tərəfdaşımızdır və birlikdə bundan sonra da böyük işlərə imza atacağımıza inanıram” deyib.

 

Millət vəkili Qənirə Paşayeva baş nazirə sualında bunları deyib: “Müstəqilliklərini bərpa edəndən bəri Azərbaycan və Gürcüstan dövlətləri tarixi dostluqlarını daha da möhkəmləndirib və güclü əməkdaşlıq qurublar. Qarşılıqlı möhkəm etimada əsaslanaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri və son dövrlərin Cənub Qaz Dəhlizi kimi mühüm regional enerji layihələri uğurla həyata keçirilib. Bu gün bu əməkdaşlıq Türkiyə ilə birlikdə Xəzər hövzəsindən karbohidrogen ehtiyatlarının Avropa bazarına təhlükəsiz daşınmasını təmin edir. Necə düşünürsünüz, bizim ölkələr Avropa qitəsinin enerji təhlükəsizliyinə bundan başqa hansı töhfə verə bilərlər?”.

 

Gürcüstanın Baş naziri Mamuka Baxtadze suala cavab olaraq bildirib ki, Gürcüstanın və Azərbaycan yaxın strateji tərəfdaşlardır:

 

“Hər iki ölkə tarixi layihələrin həyata keçirilməsinə birgə imza atıblar. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi kimi böyük enerji layihələri mühüm əhəmiyyət daşıyır. Bu gün də vacib infrastruktur layihələri həyata keçiririk. Xəzər dənizinin sərvətlərindən, imkanlarından daha çox bəhrələnməklə, Avropanın enerji təhlükəsizliyini daha çox təmin edə bilərik. Azərbaycanla birlikdə böyük layihələrdə iştirakımızdan çox məmnunuq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı