ABŞ sanksiyaların müddətini uzadıb

09:23 11-04-2019 | icon 438 | Dünya
ABŞ sanksiyaların müddətini uzadıb

ABŞ prezidenti Donald Tramp 2010-cu ildə Somaliyə qarşı tətbiq edilən və 2012-ci ildə Barak Obamanın administrasiyası tərəfindən genişləndirilən sanksiya rejiminin müddətini uzadıb.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı press-relizdə deyilir.

Məlumatda bildirilir ki, 2010-ci ildə Somaliyə qarşı "fövqəladə vəziyyət" rejimi ölkədə təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi və davam edən zorakılıq, Somali sahilləri yaxınlığında piratçılıq və silahlı soyğunçuluq aktları səbəbindən tətbiq edilib: "2012-ci ildə "Aş-Şabab" qruplaşmasının əsas gəlir mənbələrindən biri olan kömür ixracının, büdcədən oğurluqların və Somalinin mülki əhalisinə qarşı bəzi zorakılıq aktlarının qarşısının alınması üçün ABŞ prezidentinin fərmanı ilə sanksiyalar genişləndirilib".

 

Qeyd edilir ki, Somalidəki vəziyyət Birləşmiş Ştatların milli təhlükəsizlik və xarici siyasəti üçün xüsusi və fövqəladə təhlükə yaratmaqdadır.

Sənəddə vurğulanır ki, sanksiyalar rejimi bir il müddətinə uzadılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı