Xalq şairi Nəriman Həsənzadə ilə görüş

11:59 11-04-2019 | icon 528 | Mədəniyyət
Xalq şairi Nəriman Həsənzadə ilə görüş

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xalq şairi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü, filologiya elmləri namizədi, “Şərəf” ordenli, Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) akademiki Nəriman Həsənzadə ilə görüş təşkil olunub.

 

Aİİ-dən Versus.Az-a verilən məlumata görə, rektor Ceyhun Məmmədov tədbiri açaraq, İnstitutda maarifləndirmə işinə, gənc nəslin sağlam və vətənpərvər ruhda yetişməsinə xüsusi önəm verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların, görüşlərin, “dəyirmi masa”ların təşkil edildiyini söyləyib.

 

Görüşün məqsədinin gənc nəslin kitaba, ədəbiyyata marağını artırmaq olduğunu vurğulayan rektor, İnstitutda tanınmış qələm sahiblərinin, elm xadimlərinin, millət vəkillərinin gənclərlə görüşlərinin tez-tez təşkil olunduğunu qeyd edib.

 

Aİİ rəhbəri vətənpərvər ziyalı, tanınmış ictimai-siyasi xadim Nəriman Həsənzadəni ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, N.Həsənzadənin əsərlərində xalqın həyatı, ruhu, mənəviyyatı, düşüncələri dolğun əks olunub. Şairin Azərbaycan ədəbiyyatında xüsusi yeri, mövqeyi, yaradıcılıq dəst-xətti vardır.

Sonra Xalq şairi N.Həsənzadə gənclərlə görüşdən hər zaman böyük məmnunluq hissi keçirdiyini nəzərə çatdırıb və belə görüşlərin təşkil olunmasına görə İnstitut rəhbərliyinə, əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Şair yaradıcılığının əsas istiqamətləri haqqında geniş məlumat verərək, şeirlərinin, əsərlərinin yaranma tarixçəsindən bəhs edib.

 

N.Həsənzadə müasir cəmiyyətimizi əhatə edən bir sıra məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırıb. Müasir ədəbiyyatın problemlərindən danışan şair ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib.

Şair daha sonra vurğulayıb ki, Azərbaycan xalqının zəngin mədəni irsinin təbliğ olunması, milli məsələlərimizin dünyaya olduğu kimi çatdırılması günümüzün vacib şərtlərindəndir.

Gənclərin suallarını cavablandıran Nəriman Həsənzadə əsərlərini yazarkən rastlaşdığı hadisələrdən danışıb və gənclik illəri ilə bağlı maraqlı xatirələrini bölüşüb. Gənclərin xahişi ilə müxtəlif şeirlərini səsləndirib.

İnstitut əməkdaşlarının, müəllimlərin və tələbələrin iştirak etdiyi görüş maraqlı diskussiya ilə davam edib.

 

Sevda Teymurova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı