"Qarabağ" yayda heyətini yeniləyəcək“

17:11 11-04-2019 | icon 465 | İdman
"Qarabağ" yayda heyətini yeniləyəcək“

Qarabağ" yayda heyətini yeniləyəcək“. Xüsusilə legionerlərlə bağlı ciddi dəyişiklik olacaq.

 

Versus.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Hannes Halldorsonu yola salan ağdamlılar Con Delarj, İnnosent Emeqara və Reynaldo ilə vidalaşacağını dəqiqləşdirib. Yakub Jezniçak və Simeon Slavçevin də göndərilməsi mümkündü. Çox az şans qazanan bu futbolçuların maaşı büdcəyə artıq yükdü. Baş məşqçi Qurban Qurbanov digər əcnəbilərdən razıdı, amma...
 
...Amma özü getmək istəyən futbolçular da var. Müqaviləsi mövsümün sonunda bitəcək Donald Gerye digər təkliflərə baxır. Ona qışda Portuqaliya "Sportinq"i və bəzi ABŞ klubları müştəri düşmüşdü, indi isə Türkiyə təmsilçiləri maraqlanır. Ölkə daxilində isə "Neftçi" sol cinah müdafiəçisinin xidmətində maraqlıdı.
 
Ən sürpriz vida Markos Miçel Madeyra ilə bağlı olacaq. 2015-ci ildən "Qarabağ"da olan ispan yarımmüdafiəçisi komandanı dəyişməyə qərar verib. Ağdamlılar 34 yaşı olan oyunçunun məvacibini azaltmaq şərtilə daha bir il saxlamaq istəyir, amma futbolçu buna razı deyil. O, "Neftçi"dən aldığı real təklifi dəyərləndirmək niyyətindədi.
 
Əldə etdiyimiz məlumata görə, Miçel artıq "Neftçi"ylə danışıqlara başlayıb və razılıq əldə olunub. Mövsüm bitən kimi ispan ölkəmizdə qeydiyyatını dəyişəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR