"Azərbaycan narkotiklərə qarşı dövlət səviyyəsində mübarizə aparır"

10:24 15-04-2019 | icon 433 | Siyasət
"Azərbaycan narkotiklərə qarşı dövlət səviyyəsində mübarizə aparır"

Azərbaycan narkotiklərə qarşı dövlət səviyyəsində mübarizə aparır.

 

Versus.Az xəbər verir ki, bunu Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.

 

Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində üç dövlət proqramı uğurla icra edilib və 4-cü proqram hazırlanaraq cənab Prezident İlham Əliyevə təqdim edilib.

Baş nazirin müavini bildirib ki, Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurub:

"Azərbaycan mühüm coğrafi mövqedə yerləşir və əsas problemlərdən biri də ölkəmiz vasitəsilə narkotiklərin daşınmasına edilən cəhdlərdir".

 

O deyib ki, Azərbaycanda müasir texnologiyalar vasitəsilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır və son dövrlərdə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Ə.Həsənov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində narkotik vasitələrin əkilməsi, istehsalı və tranzit bazasının yaradılması, terrorçu qrupların yaradılması və onlara təlim keçərək digər ölkələrdə münaqişə zonalarına göndərilməsi təhlükənin miqyasının nə qədər böyük olduğunu göstərir və bunun təkcə region deyil, bütün dünya üçün ciddi təhdid yaratması aydın görünür.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı