Dünyada ilk:Prezident okeanın dibindən canlı yayım etdi -

15:19 15-04-2019 | icon 423 | Dünya
Dünyada ilk:Prezident okeanın dibindən canlı yayım etdi -

 

Seyşel Adaları respublikasının prezidenti Hind okeanının dərinliyinə enərək dünya okeanını qorumağa çağırış edib.

Versus.Az xənər verir ki, Danny Faure suyun altında 124 metr dərinlikdən yayımlanan çıxışı zamanı deyib ki, dünya okeanının saflığı "bəşəriyyətin gələcəyi üçün həlledici əhəmiyyət kəsb edir".

Seyşel prezidenti okean dərinliyini öyrənmək məqsədiylə Britaniyanın təşkil etdiyi sualtı ekspedisiyaya qoşulub.

Ekspedisiyanın məqsədi Seyşel adalarını əhatə edən suları yoxlamaq və öyrənməkdir.

Canlı yayımda çıxışı zamanı Danny Faure deyib ki, "planetimizin döyünən mavi ürəyi" olan okean görünməmiş təhlükə altındadır.

Seyşel adalarından sonra sualtı elmi ekspedisiyanın Hind okeanının digər hissələrində də keçiriləcəyi nəzərdə tutulur.

2018-ci ilin fevralında Seyşel Adaları Respublikası dövlət borcunun bir hissəsinin silinməsi müqabilində sahilyanı sularının 210000 kvadrat kilometr sahəsini qorunan zona elan edib.

Həmin zonalarda turizm və balıqçılıq fəaliyyəti məhdudlaşdırılır.

Seyşel Adalarının dövlət borcunun bir hissəsinin silinməsi müqabilində okeanın müəyyən hissəsinin qoruq elan etməsi dünya praktikasında ilk dəfədir ki, tətbiq olunub.

BMT-yə görə, milli yurisdiksiyalara aid olan dəniz sularının yalnız 16 faizi qorunan zona statusuna malikdir.

Seyşel Adaları 2020-ci ilədək ərazi sularının 30 faizini qorunan zona elan etməyi qarşısına məqsəd qoyub.

 

Versus.AZ

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR