Moskva görüşü üç vacib məqamı müəyyən edib

13:07 17-04-2019 | icon 656 | Geopolitika
Moskva görüşü üç vacib məqamı müəyyən edib

 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən gün Moskvada keçirilmiş görüşü zamanı münaqişə tərəflərinin humanitar əməkdaşlıq sahəsində əməl etməli olduğu vacib məqamlar müəyyənləşdirilib.

 

Versus.Az trend-ə istinadən xəbəbr verir ki, bunu politoloq Arzu Nağıyev nazirlərin görüşünü şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Moskva görüşü humanitar sahədə üç vacib məqamı müəyyən edib:

 

“İlk növbədə, nazirlər əsirlikdə saxlanılan hərbçilərin ailə üzvləri ilə görüşə bilməsi üçün tədbirlər görülməsi barədə razılıq əldə ediblər. İkincisi, xarici işlər nazirləri iki ölkənin sakinləri arasında təmasların qurulması, o cümlədən KİV nümayəndələrinin qarşılıqlı səfərləri yolu ilə konkret işlərə başlamağa hazırlıqlarını ifadə ediblər. Üçüncüsü isə onlar kənd təsərrüfatı işləri zamanı münaqişə zonasında sabit vəziyyətin saxlannması barədə razılığa gəliblər”.

Politoloqun fikrincə, bu üç məqam humanitar əməkdaşlığa aid olan substantiv danışıqların vacib komponentləridir. O qeyd edib ki, görüşün yekunlarına əsasən, humanitar məsələlərin həllinə doğru addımlar atılıb, amma qlobal baxımdan münaqişə nizamlanmamış qalır:

“Fikrimcə, bu görüşün ardınca növbəti görüş baş tutmalıdır, amma bu üç razılaşmanın icra olunmasından sonra. Qarabağ münaqişəsinin nizamlanmasına gəldikdə isə Azərbaycanın mövqeyi dəyişməz qalır: biz birmənalı olaraq hesab edirik ki, çoxillik problemin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpası və sərhədlərinin toxunulmazlığı, erməni qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılması və qaçqın və məcburi köçkünlərin tarixi torpaqlarına qayıtması şərti ilə mümkündür”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR