Bəzi avtomobillərin qiyməti düşüb

12:33 18-04-2019 | icon 740 | Gündəm
Bəzi avtomobillərin qiyməti düşüb

2019-cu ilin mart ayında təkrar bazarda mühərrik həcmi 2-3 litr olan avtomobillərin orta qiyməti 38 760 manat təşkil edib ki, bu da keçən ilin göstəricisi ilə müqaisədə 11 faiz azdır.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

 

Azlitrajlı avtomobillərin (mühərrik həcmi 2 litrə qədər) orta qiyməti 14 870 manat təşkil edib ki, bu da keçən ayla müqayisədə 7,03 faiz çoxdur. Mühərrik həcmi 3 litrdən çox olan avtomobillərin isə qiyməti 7,78 faiz enib və 91 143 manat təşkil edib.

 

N.İbrahimov qeyd edib ki, paytaxtın avtomobil bazarında 2019-cu ilin martında satışa 1352 avtomobil çıxarılıb ki, bu da əvvəlki ayla müqayisədə 22,2 faiz az deməkdir.

Dəyişdirilmiş strukturun orta qiyməti 13,3 faiz azalıb və 41 712 manat təşkil edib, dəyişdirilməyən strukturun orta qiyməti isə 4,94 azalıb.

 

Satışa çıxarılanların əksəriyyəti – 82,3 faizi benzinlə işləyən avtomobillərdir. Bu avtomobillərin orta qiyməti 41 129 manat təşkil edib. Dizel mühərrikli avtomobillərin bazarda olan hissəsi 17,7 faizdir, onların orta qiyməti isə 44 415 manat təşkil edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR