"21 gündür "razborka" ilə məşğuluq"

12:44 22-04-2019 | icon 440 | Siyasət
"21 gündür "razborka" ilə məşğuluq"

Azərbaycan Xalq Hərəkatı daxilində 20 gündən çoxdur yaranan müəmma davam edir. Artıq hərəkat faktiki olaraq iki hissəyə bölünüb. Bunu aprelin 18-də müxtəlif məkanlarda keçirilən iki iclasla sübut etmək olar.

 

Versus.Az musavat.com-a istinadən xəbər verir ki, AXH daxili qruplaşmaların savaş apardıqları bir vaxtda “Yeni Müsavat”a etibarlı mənbədən məlumat daxil olub. Mənbə hərəkat daxilindəki iki qrupun əsas fiqurları sayılan AXH-nin dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı ilə sabiq daxili işlər naziri İsgəndər Həmidov arasında görüşün keçirildiyi barədə məlumat verib. Bu görüşün milli azadlıq hərəkatının öncül isimlərindən olan Nemət Pənahlı tərəfindən təşkil olunduğu qeyd edilir. 

 

T.Abbaslı görüşün olduğunu təsdiqləyib və AXH daxilindəki son durumla bağlı danışıb:

 

“Aprelin 22-də saat 12:00-da Vətəndaş və İnkişaf Partiyasının qərargahında biz hərəkatın növbəti idarə heyətinin toplantısını keçirəcəyik. Bəzi qərarlar alınacaq. Həftənin şənbə günü İsgəndər bəylə təqribən iki saata yaxın görüşümüz oldu. Mən olduğum tərəfin mövqeyini, yanaşmasını İsgəndər bəyə çatdırdım. O da dinləyib, olduğu tərəfin mövqeyini səsləndirdi. Düşünürəm ki, hələ ortaq məxrəcə gəlinməyib. Hələ iclasa var. İstərdim ki, ümumi bir razılıq əldə olunsun.

Amma təəssüf ki, buna hələ nail olmamışıq. Güman edirəm ki, iclasa qədər nəsə bir razılıq əldə olunar. Çünki ayrı-ayrı iclasların olması ümumi prosesə ziyandır, fəaliyyəti də zəiflədir. Amma bəzi qərarlar var ki, onlar alınmadan əvvəlki kimi davam edə bilmərik. Hansı ki, o qərarları biz son iclasda aldıq. Çox qəliz bir situasiya yaranıb. Görüşdə İsgəndər bəy təklif etdi ki, hərəkatdan biz tərəfin çıxardığı insanların məsələsi gündəmdən düşsün, çıxarılma məsələsi ləğv olunsun, hamının birgə iclası keçirilsin. Biz tərəf artıq qərarların verildiyini və qərarlara hörmətlə yanaşılmasını qeyd edirik. Düşünürük ki, bizim aldığımız qərarlar həyata keçməsə, fəaliyyət yenə də mümkünsüz olacaq, daxildəki problemlər davam edəcək. Əsas fikir ayrılığı bu məsələdədir”.

 

İ.Həmidov isə mövcud durumu bu cür izah etdi: 

“Biz Tural bəylə oturub çay içdik. Başqaları gəlməmişdi. Aprelin 22-də saat 15:00-da ənənəvi olaraq hərəkatın idarə heyətinin toplantısıdır. Kimin iclasa gəlib-gəlməyəcəyini deyə bilmərəm. Kimin nə etirazı, sözü varsa, gəlib səsləndirə bilər. Əgər Tural bəy iclasa qatılsa, iclası da o aparacaq. Çünki dönəm sədri odur. İclaslarının olacağını şəxsən mənə deməyiblər. Əgər iclasları varsa, Allah köməkləri olsun. Bir də Allah vaxt, səbir versin, hər şeyi yerinə qoysun. Sadəcə, məni ağrıdan odur ki, işlərimiz, təşkilatlanma kənarda qalıb, 21 gündür razborka ilə məşğuluq. Bir rejissorun göstərişi ilə aramıza elə bir nifaq salıblar ki, bilmirəm necə olacaq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı