Bu gündən peyvəndləmə işlərinə başlanılıb
Bu gündən etibarən Azərbaycanda Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində peyvəndləmə işlərinə başlanılıb.
Versus.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, Avropa İmmunlaşdırma Həftəsi 24-30 aprel tarixlərində keçiriləcək.
A.Əliyeva əlavə edib ki, bu il qızılca və məxmərəyə qarşı ölkəyə 160 min vaksin gətirilib:
"Vaksinlər mart ayı ərzində respublikanın bütün region və şəhərlərinə paylanılıb. Dünənə qədər respublika üzrə 110 min insana təmizləyici immunlaşdırma tədbirləri çərçivəsində vaksin vurulub".
Qeyd edək ki, Azərbaycanda 2017-ci ildən Avropa İmmunlaşdırma Həftəsi keçirilir. Hər il peyvənddən kənarda qalan 5-10 minə yaxın insan vaksinasiyaya cəlb olunur.
GÖZƏL
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"