"Azərpoçt" dollar kreditləri üzrə 8 milyon manatdan çox kompensasiya ödəyib

17:16 25-04-2019 | icon 579 | İqtisadiyyat
"Azərpoçt" dollar kreditləri üzrə 8 milyon manatdan çox kompensasiya ödəyib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq dollar kreditləri üzrə kompensasiya ödənişlərini davam etdirir.

 

Versus.Az xəbər verir ki, aprelin 22-25-də bank olmayan kredit təşkilatlarının (BOKT) və ləğv prosesində olan bankların 31 336 müştərisinə ümumilikdə 8 444 074 manat kompensasiya ödənilib.

 

Bunlar alacağı məbləğ 500 manatdan az olan şəxslərdir və onlara ödəniş 1 497 poçt şöbəsində, nağd formada həyata keçirilir. Mayın 1-dən isə kompensasiyası 500 manatdan çoxı olan vətəndaşlar 77 poçt şöbəsindən pullarını qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər.

 

Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad və Şəmkirdə kartların sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır.

 

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən “Azərpoçt”un icra edəcəyi əməliyyat 121 minə yaxın vətəndaşa şamil olunacaq. 45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarı olduğuna görə “Azərpoçt”un kartları vasitəsilə, 77 minə yaxın vətəndaş isə məbləği 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR