"Mehriban Əliyeva növbəti dəfə diqqət mərkəzinə düşdü"

19:11 27-04-2019 | icon 716 | Siyasət
"Mehriban Əliyeva növbəti dəfə diqqət mərkəzinə düşdü"

Əlabbas Məhərrəmli: "Yoxsa, həmin məmurlar prezidentin və Birinci vitse-prezidentin müsbət addımlarına kölgə salmağa davam edəcəklər"

 

"Dünən məcburi köçkünləri ziyarət edən ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva öz səmimi davranışları ilə növbəti dəfə diqqət mərkəzinə düşdü".

 

Bu sözləri Versus.Az-a açıqlamasında siyasi ekspert Əlabbas Məhərrəmov deyib. Ekspert bildirib ki, erməni işğalı nəticəsində doğma ocaqlarından didərgin düşən həmvətənlərimizlə görüşən Birinci vitse-prezident qayğıya və diqqətə ehtiyacı olan insanlarla necə davranmaq lazım olduğunu nümayiş etdirib:

 

"Doğrudan da, böyük rəğbət doğuran səmimi yanaşma idi. Mehriban xanımın məcburi köçkün soydaşlarımızla ünsiyyəti, onların dərdini dinləməsi, söhbətləşməsi çox xoş mənzərədir. Bu, insanlarda böyük ümid yaradır, onlara dəyərli olduqlarını təlqin edir. Bu mənzərəni gördükdən sonra problemi olan insanlarımızı qəbul etməkdən, onları dinləməkdən min bir bəhanə ilə yayınan, görüşəndə də vətəndaşları başından eləməyə çalışan məmurlar da xatırlanır.

Sual yaranır o məmurlar dövlət başçısından, Birinci vitse-prezidentdən niyə nümunə götürüb vətəndaşlarla səmimi ola bilmirlər? Niyə onların üzləşdikləri çətinlikləri həll etmək əvəzinə, onlara əlavə problemlər yaradırlar? İdarəetmənin təkmilləşdirilməsi üçün həm də işləri ictimai narazılıq yaratmaqdan başqa bir şey olmayan o cür məmurlardan imtina olunmalıdır. Yoxsa, həmin məmurlar prezidentin və Birinci vitse-prezidentin müsbət addımlarına kölgə salmağa davam edəcəklər".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı