"Kərkük və Qarabağ" - KONFRANS

13:31 29-04-2019 | icon 746 | Cəmiyyət
"Kərkük və Qarabağ" - KONFRANS

Tanınmış jurnalist Ağanisə Sultanova Antalya Türk Ocaqlarında "Kərkük və Qarabağ" mövzusunda konfrans verib.

 

Versus.Az xəbər verir ki, konfransda Antalyada fəaliyyət göstərən, türkdilli xalqların diaspor rəhbərləri, üzvləri, ali məktəb tələbələri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, yazarlar, jurnalistlər iştirak ediblər.

 

A.Sultanova bildirib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən ermənilər atəşkəs imzalanmasına baxmayaraq, əsgərlərimizi, günahsız insanlarımızı qətlə yetirir, snayperdən açdıqları atəşlə körpələrimizin həyatına son qoyurlar:

 

"Azərbaycanın tarixi torpaqlarını işğal edən ermənilər 1992-ci il fevral ayında Xocalıda 21-ci əsrin ən dəhşətli soyqırımını törətdilər. İnsanlarımızı ağlasığmaz vəhşiliklərlə qətlə yetirdilər, əsir götürdülər. Onların arasında yaşlılar, qadınlar, uşaqlar da vardı".

 

Jurnalist əlavə edib ki, həmin illərdə Azərbaycan daxildə də vətəndaş qarşıdurması ilə üz-üzə qalmışdı. Yalnız 1993-cü ildə ümumilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra sabitlik bərpa edildi. Bu ilin yanvar ayında İraqa səfər edən jurnalist Kərkükdə, Türkmənelində olub və orada yaşayan türkmən soydaşlarımızla görüşüb.

 

A.Sultanova diqqətə çatdırıb ki, 1991-ci ildə Səddam Hüseyn rejiminin türkmanlara qarşı törətdiyi Altınkörpü soyqırımı Xocalı soyqırımı qədər dəhşətli idi. Sadəcə, məkan fərqi var idi və Xocalı soyqırımını ermənilər, Altınkörpü soyqırımını Səddam rejimi törətmişdi:

 

“Altınkörpü soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni Türkməneli partiyasının sədri Riyaz Sarıkahya ilə ziyarət etdim. Riyaz bəy bildirdi ki, türkmənlər öz torpaqlarında türk olmanın bədəlini ödəyirlər. Amma biz 1000 illərdir ki, bu torpaqların sahibiyik. Son bir nəfərimiz qalsa belə, dədə-baba ocaqlarımızdan bir addım geri atmarıq”.

 

A.Sultanova Qarabağ və Kərküklə bağlı verilən sualları cavablandırıb. Jurnalist konfransın təşkilinə görə Yurdum Türkməneli Dərnəyinin rəhbəri Yunus Bayatlıya və Türk Ocakları Antalya şöbəsinin başçısı Abdullah Uysala təşəkkürünü bildirib.

 

Sonda jurnalistə Türk Ocaklarının təşəkkür bəlgəsi təqdim edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR