Zərifə Əliyevanın 96 illik yubileyinə həsr olunan sərgi açılıb

13:59 29-04-2019 | icon 439 | Cəmiyyət
Zərifə Əliyevanın 96 illik yubileyinə həsr olunan sərgi açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 96 illik yubileyinə həsr olunan sərgi açılıb.

 

Versus.Az xəbər verir ki, sərgidə kitabxananın fondlarında saxlanan, alimin “Görmə orqanının vərəmi”, “Oftalmologiyanın aktual problemləri”, “Yüksək əqidə”, “Pedaqogika” (Zərifə Əliyeva, A.Mollayeva) “Zərifə Əliyeva” (H.Mirələmov), “İridodiaqnostika” (R.F.Təhməzov), “Qaranlığa nur saçan zəka” (M.Seyidov) kitabları və onun haqqında yazılmış biblioqrafiya nümayiş olunur.

 

Bundan əlavə, sərgidə Ümumilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında məlumatların, eləcə də iştirak etdikləri konfrans, tədbir və səfərlərin də fotolarının yer aldığı toplu nümayiş etdirilir.



Məlumat üçün bildirək ki, sərgidəki kitablar haqqında MEK-in elektron kataloqundan tanış olmaq mümkündür. Oftalmoloq alimin kitabları MEK-in Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib.

Sərgi iki həftə davam edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR