Ermənilərin mədəni irsimizə qarşı növbəti təxribatı

19:08 30-04-2019 | icon 565 | Mədəniyyət
Ermənilərin mədəni irsimizə qarşı növbəti təxribatı

Müasir “Şalaxo” rəqsinin adının mənası “şələ” sözündən götürülüb.

 

Versus.Az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib.

Alim “Şalaxo” rəqsinin yaranma tarixindən bəhs edib:

“Azərbaycanda qədimdə əhalinin əsas işi maldarlıq və heyvandarlıqla yanaşı, şax, odun, taxıl, yonca daşımaq idi. Buna el arasında “şələ bağlamaq” deyirik. Şələni çiyinlərinə alanlar onun tez daşınması üçün yallı rəqsində olduğu kimi sıraya dayanırdılar və onu bir-birinə ötürürdülər. Bu zaman işçiləri motivasiya etmək üçün qara zurna, nağara və sazda ritmik musiqilər ifa olunurdu. Bu, qədim yazılarda “Şələ qoyum” rəqsi kimi keçir.

Tədqiqatçı Rauf Bəhmənli yazır ki, “orta əsrlərdən etibarən Novruz bayramlarında, əsasən qaraçılardan ibarət ayı oynadanlar kəndlərə gedərdilər və bu bayramda öz öyrətdikləri ayıların məharətini xalq qarşısında nümayiş etdirərdilər. Onların gəlişini səbirsizliklə gözləyən böyükdən-kiçiyə hər kəs dövrə ətrafında toplaşaraq, oturuqlu və ya ayaq üstə bu tamaşaları seyr edərdilər. Burada ayı öz sahibinin əmrləri ilə iki pəncəsi üstə qalxaraq dövrə ətrafında gəzər, sonra başını yerə qoyub, bir neçə dəfə tez-tez mayallaq aşar, musiqi sədaları altında rəqs edərdi. Nəhayət, qaraçı ayının belinə şələ bağlayar və ayı ayaq üstə qalxaraq, şələni belində daşıyardı. Bu səhnələrə tamaşa edənlər çox böyük həvəslə, əl çalaraq tez-tez “Ay şələküm, məyəllaküm” deməklə aranı daha da qızışdırardılar. “Şələküm”, “məyəllaküm” burada “şələ daşıyan”, “mayallaq aşan” mənasında işlədilib”.

Burdan da belə məlum olur ki, müasir Şalaxo rəqsinin adının mənası şələ daşımasından, yəni “şələ” sözündən götürülərək, əvvəllər “Şələxo”, daha sonralar isə “Şalaxo” kimi deyilib”.

Z.Əliyevin sözlərinə görə, Azərbaycanda Atabəylər dövründən başlayaraq, xalq arasında toylarda və el şənliklərində ifa olunan bu rəqs zamanla bütün Qafqaza yayılıb:

“Azərbaycanda Cümhuriyyət dövrünə qədər və ondan sonra da kasıb kişilərin başlarında şələ papaq olurdu. Bu papağı uzun tüklü qoyun dərisindən hazırlayırdılar. Gürcü dilində və tarixində “şələ” sözü ilə bağlı bir ifadə belə yoxdur. Böyük Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin “Marallarım” əsərində bu rəqs “ŞələkümMələküm” adlanır.

Bu gün gürcülər və ermənilər bu mahnının onlara məxsus olduğunu iddia edirlər. Lakin ən azından ritmə və musiqinin ifa tərzinə baxanda burda nə gürcü, nə də erməni elementləri görmək olar”

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR