“Gürcüstanla bağlı bir çox məsələlərə yenidən baxılmalıdır”

06:45 02-05-2019 | icon 637 | Siyasət
“Gürcüstanla bağlı bir çox məsələlərə yenidən baxılmalıdır”

Fuad Əliyev: “Ümid edirəm ki, Gürcüstan Azərbaycan kimi qonşusunu itirmək istəməz”

 

Son günlər Gürcüstandakı millətçilərin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmələri və soydaşlarımızı oradan qovacaqları ilə bağlı hədələr gündəmi silkələyir. Bir çox ekspertlər həmin qaraguruhçu siyasətçilərin kimlərsə tərəfindən oynadıldığını və məqsədin Gürcüstanla Azərbaycan arasında münaqişə yaratmağa hesablandığını iddia edirlər.

 

Bu barədə Versus.Az-a danışan ALDP sədri Fuad Əliyev bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri həmişə birtərəfli olub və nə vaxta qədər ki, belə olacaq bu cür neqativləri eşidəcəyik:

 

"Qədim Azərbaycan torpaqları sayılan Borçalı mahalı "qardaş payı" adı ilə Gürcüstana verilib. Gəncədə zəlzələ zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən tarixi Gəncə qapıları Gürcüstana aparılıb. Biz isə yenə də onlardan Gəncə qapılarının qaytarılmasını tələb etmirik.

Bu gün Gürcüstanda yaşayan 500 min azərbaycanlının hüquqları pozulur, biz buna reaksiya vermirik. SOCAR şirkətinin Gürcüstana milyonlar qoyduğu investisiyalara baxmayaraq, neftimizin nəqlinə görə milyonlarla qəlir götürürlər. Gürcüstana satdığımız qazın qiyməti Azərbaycan vətəndaşına satılan qiymətdən ucuzdur".

 

F.Əliyev bu mənada hesab edir ki, Gürcüstanla bağlı bir çox məsələlərə yenidən baxılmalıdır:

 

"Hesab edirəm ki, onlara satdığımız qazın qiymətini qaldırsaq, o zaman onların bizə münasibəti dəyişər və belə sərsəm fikirlər deməzlər".

 

ALDP sədri Azərbaycanın daim Gürcüstanın yanında olduğunu, dar gündə daim onun əlindən tutduğunu vurğulayıb:

 

"Bunu Gürcüstanda hakimiyyətə gələn bütün şəxslər etiraf ediblər. Ümid edirəm ki, Gürcüstan Azərbaycan kimi qonşusunu itirmək istəməz. Ona görə də Gürcüstan hakimiyyəti və siyasiləri Azərbaycanla münasibətlərində diqqətli olmalıdırlar".

 

O ki, qaldı, belə bir vəziyyətin azərbaycanlıların dil bilməmələri üzündən yaranması fikirlərinə, F.Əliyev bunu boş bəhanələr adlandırıb:

 

"Gürcülər azərbaycanlıların gürcü dili bilməmələrini bəhanə qətirirlər. Bu, boş söhbətdir. Sadəcə bunu bəhanə qətirib azərbaycanlıların hüquqlarını pozurlar, vəzifə verilmir, seçkilərdə problem yaradırlar".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR