ABŞ Dağlıq Qarabağla bağlı qərarlıdır
ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə gələcəkdə ev sahibliyi edə bilər.
Versus.Az-ın məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gil deyib.
O bildirib ki, ABŞ ATƏT Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması üçün tərəflərlə işləməkdə qərarlıdır:
“ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə gələcəkdə ev sahibliyi edə bilər. Bu imkanla bağlı müzakirələr davam edir. Ümid edirəm ki, gələcəkdə yaxşı xəbər verə biləcəyik”.
Xatırladaq ki, bir müddət əvvəl xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın iki ölkə nazirlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif etdiyini açıqlamışdı.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...